Bələdiyyələrin birləşməsində ən çox qazanan tərəf vətəndaşlar olacaq
Bu gün mətbuat və sosial şəbəkələrin ən aktual mövzusu Azərbaycan bələdiyyələrinin birləşməsidir. Ərazi bütövlüyümüzün bərpası və xüsusi nümayəndəlik insitutunun yaradılması fonunda bu birləşmə gözlənilən idi.
Hamımıza məlumdur ki, ölkəmizdə bələdiyyə sistemi 1999-cu ilin dekabrında formalaşdırılıb. Yarandığı dövrdə təmsil olunduğum Quba rayonunda ilk seçkilərdə 67, 2004-cü ildə isə artıq 101 bələdiyyə mövcud olmuşdu. 2009 və 2014-cü ildəki seçkilərdən sonra bu bələdiyyələrin sayı 34-ə düşmüşdü.
Bu gün bələdiyyələrin birləşməsi nəticəsində qazanan ilk növbədə bələdiyyə insitutudur. Belə ki, müəyən obyektiv və subyektiv səbəblərdən öz imicini mənfi istiqamətə tərəf formalaşdıran bələdiyyə sistemi 2022-ci ildən başlayaraq müəyyən qüvvələrin “arzularına” baxmayaraq öz fəaliyyətlərində əsaslı və kəskin dönüş yaradılmasına nail ola bilmişdi.
İnanıram ki, bələdiyyələrin birləşməsi fonunda ilk mərhələdə bələdiyyələr birləşdirilmiş yerli büdcələrinə malik olmaqla yanaşı eyni zamanda mərkəzi büdcə vəsaitlərinə çıxış əldə etməklə birlikdə dayanıqlı və artan budcələr formalaşdıra biləcəklər. Birləşmə nəticəsində ərazi vahidlərinin və əhali sayının artması nəticəsində bələdiyyələrə əlavə nüfuzedici səlahiyyətlər əldə etməklə yanaşı eyni zamanda müəyyən kənar təsirlərdən özlərini də qoruya biləcəklər.
Bu birləşmə nəticəsində ən çox qazanan tərəf isə yenə vətəndaş olacaqdır. Birləşmə zamanı bələdiyyələrin dayanıqlı maliyyələri formalaşdığından əhalinin müraciətlərinə çevik reaksiya verməklə sosial məişət problərində effektli rol oynaya biləcəklər. Müəyyən əlavə səlahiyyətlər verildiyi təqdirdə isə bələdiyyələr vətəndaş müraciətlərini “aidiyyati üzrə” yonəltmədən qıza zaman kəsiyində müsbət həll etməklə vətəndaşların arzuladığı və görmək istədiyi bələdiyyə insitutunu yarada biləcəklər. Birləşmə fonunda isə əsas bir düşündürücü sual meydana çıxır:
- Ləğv edilən bələdiyyələrin DSMF və digər borcların aqibəti necə olacaq?
Düşünürəm ki, bu məsələlərə də aydınlıq gətiriləcəkdir.
Rauf Hüseynov
Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri
Rəylər
1 Rəy
Şəmistan Yusifov
27-02-2024, 9 ay əvvəl
Hormətli Tofiq muəllim! Bələdiyyələrin birləşməsi ideyasını mən də bəyənirən.Ancaq bu gün bələdiyyələri düşündürən problemlər həllini tapmadan birləşmənin həm bələdiyyələrə həm də əhaliyə hec bir faydası olmayacaq.Cünki ilk növbədə ölkədə bələdoyyələrin inkişaf konsepsiyası qəbul olunmalıdır.İki problemli bələdiyyənin birləşməsi nə fayda verə bilər.Bu zaman nə dəyişəcək?Bu gün bələdiyyələrin birləşməsi deyil onların dayanıqlı gəlir mənbələrini yaratmaq mövzusu müzakirə edilməlidir.Bu gun eyni ərazidə fəaliyyət göstərən icra nümayəndəliyinin illik büdcəsi həmin ərazidə fəaliyyət göstərən bələdiyyənin budcəsindən iki-uc dəfə coxdur.Söhbət kənd bələdiyyələrindən gedir.Gəlin müzakirə ücün düsgün mövzu secək.Bələdiyyələri düşündürən problemlər sırasına ən vaciblərindən biri onların mülkiyyətində olan torpaqların idarə edilməsidir.Bu gün Reystr xidmətində qarşılaşdığımız problemlər həllini tapmalıdır.Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarına cıxarışlar alınarkən təyinatını bilərəkdən kənd təsərrüfatı deyil digər təyinatlı BEF torpaqları göstərməklə 3-5 qat artıq rüsün tələb edilir.Bundan başqa ölkə prezidentinin fərmanı ilə qüvvədə olan qanun və əsasnamənin əvəzinə qeyd etdiyim qanun və əsasnaməyə zidd olan normativ aktlar əsas götürurülərək reystr xidmətində istədikləri prosedur qaydalarını tədbiq edirlər.Tofiq müəllim sizin də iştirak etdiyiniz yığıncaqlarda bu və bələdiyyələrimizi düşündürən digər problemlər barədə dəfələrlə demişəm.Təsüf ki,hələ də həllini tapmayıb.Sadə bir sonluq verirəm.Bələdiyyələr ilk növbədə bir institut kimi inkişaf etdirilməlidir.
Cavabla