Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-03-2024 , 18:45

3332

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

"Vətəndaş hansısa problemin həllində əziyyət çəkməyəcəyi gün, bələdiyyə sistemi inkişaf edib deyəcəyik"

“Bu günlərdə Bələdiyyə Assosiasiyası yanında administrasiyanın təşəbbüsü ilə Əmlak Məsələləri üzrə Dövlət xidməti ilə görüş keçirildi. Bu görüşün təsirinin olacağını düşünürəm. Hər bir halda bələdiyyələrin maliyyə gəlirlərinin, büdcə gəlirlərinin artırılması o cümlədən onların öz ərazilərindən çəki, hörmət və nüfuzunun artması üçün bütün orqanlar, mərkəzi icra orqanları da müəyyən mənada etimadsızlıq məsələsini kənara qoymalıdırlar və bələdiyyələrə qarşı olan münasibəti dəyişməlidirlər. Müəyyən addımlar atmalıdırlar ki, bələdiyyələr öz ərazilərində lazım olan çəkini nüfuzu qazanmış olsunlar”.

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Sədr bildirib ki, ilkin olaraq atılmış addımlardan biri də bələdiyyələrin birləşdirilməsinin həyata keçirilməsidir. Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulur.

Ekspertin fikrincə, istənilən halda bu və digər halda Azərbaycan bələdiyyələrinin müəyyən mənada irəli getməsi üçün bütün hallarda bu birləşdirmə həyata keçirilməlidir.

Vüqar Tofiqli vurğulayıb ki, mərkəzi icra orqanlarının bələdiyyələrlə olan münasibətində dəyişikliklər olmalıdır. Yəni bu dəyişiklik olmasa, problemlər davam edərsə bizim nəzərdə tutduğumuz çəkiyə və nüfuza malik ola bilməyəcəklər.

“Azərbaycan bələdiyyəsinin lazımı yüksək səviyyədə cəmiyyətdə nüfuzlu olmasını, bir struktur olaraq daha geniş şəkildə tanınmasını istəyiriksə, onların üzləşdikləri problemlərin həllinə nail olmalıyıq. İstər maliyyə ilə bağlı, istər mərkəzi icra orqanları ilə münasibət və bələdiyyə icra münasibətlərinin tənzimlənməsi ilə bağlı, o cümlədən qanunvericilikdəki müəyyən boşluqların aradan qaldırılması ilə bağlı problemlər kompleks şəkildə həll edilməlidir. Bu proseslər kompleks şəkilində həll edilmiş olsa seçkilər öncəsi bu proseslərlə müəyyən addımlar, müəyyən irəliləyişlər olacaq”-deyən Vüqar Tofiqli əlavə edib ki, Azərbaycan bələdiyyəsi o zaman yüksək səviyyədə olacaq və vətəndaş qarşılaşdığı problemin həllində hər hansısa bir çətinlik çəkməyəcək.

İradə Cəlil, Bizimyol.info

https://www.bizimyol.info/az/news/490328.html

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
469

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
674

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
577

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
671

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2131

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
575

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
557

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
650