Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2024 , 19:26

1681

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vüqar Tofiqli: Bir bələdiyyənin ardıcıl olaraq subvensiya layihəsi alması normaldır

Dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələr alır, bu, problemdir.

bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Siyavuş Novruzov deyib.

“Biz heç dotasiya və subvensiya verilmə layihəsini də görmürük. Belə fikir yaranır ki, bəzi bələdiyyə həmişə pul alır, amma bəziləri heç almır. Bu, Maliyyə Nazirliyinin səlahiyyətindədir. Bu məsələyə birlikdə baxmaq lazımdır. Layihələrə baxmaq və hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya, subvensiya vermək lazımdır”, – deyə Siyavuş Novruzov qeyd edib. 

Siyavuş Novruzovun təklifinin çox maraqlı olduğunu bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, subvensiyaların verilmə prosesi Maliyyə Nazirliyi tərəfidən həyata keçirilir: 

“Əsas səlahiyyət sahibi Maliyyə Nazirliyidir. Bununla yanaşı bələdiyyələrin özləri də aldıqları subvensiyanın fəaliyyəti ilə bağlı layihənin yekunu haqqında ictimaiyyəti məlumatlandırmalıdır. Amma təəssüf ki, bununla bağlı çox az hallarda məlumat paylaşılır. Mingəçevir və Bakıxanov bələdiyyəsi müəyyən bir layihə icra edib. Eyni zamanda hər iki bələdiyyə onu ictimaiyyətə bildirib. Güman edirəm ki, Siyavuş Novruzovun təklifindən sonra müvafiq orqanlar bununla bağlı konkret proqram hazırlayıb prespektivdə tələb kimi bələdiyyələrin qarşısına qoyacaq. Yəni həyata keçirdikləri layihələr barəsində ictimaiyyəti məlumatlandıracaqlar. Bir bələdiyyənin ardıcıl olaraq subvensiya layihəsi alması normaldır. Amma subvensiyaya ayrılan maliyyə vəsaitinin həcminin artırılması daha məqsədəuyğun  olardı. Bunun üçün isə ilk növbədə subvensiya almaq niyyətində olan bələdiyyələr arasında müsabiqə elan edilməli və müsabiqənin şəffaf keçirilməsi təmin olunmalıdır.  Həmçinin bütün proses ictimailəşdirilməlidir. Neqativ halların baş verməməsi üçün isə prosesin onlayn qaydada təşkili daha yaxşı olardı. Yəni nazirlik hansı layihəyə üstünlük verəcəksə, onun haqqında ictimaiyyətin məlumatı olmalıdır.  Əlavə olaraq isə daha çox bələdiyyə büdcəsinə gəlir gətirə biləcək layihələrə üsütünlük verilməlidir”.

https://sherg.az/sosial/253420

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
806

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
773

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1457