Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2024 , 19:20

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bunun da əsas təşkilatçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarıdır”

“Bunun da əsas təşkilatçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarıdır”

Bu gün Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi keçirilib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil. Onun sözlərinə görə bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir: “Haradasa ağac quruyur, yaxud da yaşıllıq sulanmır deyə buna bələdiyyə cavab verməlidir? Haradasa tullantı var bələdiyyə bunun üçün cərimələnməlidir? Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olur. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Demokrat.az-a açıqlamasında səsləndirilən fikirlərə qatılıb:

“Bir çox hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə hüquq-mühafizə orqanları tərəfindən bələdiyyələrə zibil tullantılarının, bərk məişət tullantılarının daşınması, hansısa ərazilərdə məişət tullantılarının qalaqlanması ilə bağlı cərimələr tətbiq edilir. Bu da istər-istəməz bələdiyyələrin fəaliyyətinə, onların büdcə gəlirlərinə ciddi problem yaradır. Tahir Rzayevin sözündə böyük həqiqət var. Düşünürəm ki, bələdiyyələrin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı onların cərimə edilməsi yolverilməzdir. Hər bir halda tullantıların daşınması ilə bağlı məsələlərdə bələdiyyələrin üzərinə məsuliyyət düşmür. Xüsusən də rayon yerlərində yay fəslində  bələdiyyələrə kütləvi şəkildə cərimələr tətbiq olunur. Bunun da əsas təşkilatçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarıdır. Maraqlıdır ki, Nazirliyin bir qurumu bələdiyyələrin fəaliyyətinə dəstək verir, digər bir qurumu isə cərimələyir. 

Yersiz cərimələrin qarşısı alınmaldır və bu məsələlər qanunvericiliyə əsasən tənzimlənməlidir. Hesab edirəm ki, növbəti illərdə bunun qarşısını almaq üçün müvafiq addımlar atılacaq və cavabdeh orqanların özü məsuliyyətə cəlb olunacaq”.

Törə Zeynallı

Demokrat.az

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024