Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-01-2024 , 10:53

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Mən Avropa Parlamentinin ikili standartları ilə üzləşən digər ölkələri də Azərbaycandan nümunə götürməyə çağırıram”

“Bir neçə gün bundan öncə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı atılan tamamilə qərəzli və qəbul edilməyən addımı qətiyyətlə pisləyirəm” – bu fikrləri Qərbi Azərbaycan icmasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.

Təmraz Tağıyev daha sonra bildirib: “AŞPA-da ən aktiv nümayəndə heyətlərindən biri olan ölkəmizin təmsilçilərinə qarşı qərəzin kökündə, açıq deməliyik ki,  ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  komandanlığı, müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti və ən əsası Azərbaycan xalqının dəstəyi ilə ölkəmiz bütün ərazisində öz suverenliyini bərpa etməsi, maraqlıdır, AŞPA üzvlərini niyə narahat edib.

Beləliklə, Azərbaycan AŞPA-dan ayrıldı. Bundan sonra Avropa ölkələri Bakı ilə təzyiq və şantaj dili ilə danışmaqdan mərhum oldu. Ermənistan Azərbaycana qarşı növbəti beynəlxalq platformasını itirmiş oldu. 20 il yaxın bir müddətdə Azərbaycanı məcburi köçkünlərin və Ermənistandan didərgin salınmış minlərlə Azərbaycanlının hüquqlarını müdafiə edə bilməyən AŞPA ən azı bir il Qarabağdan olan erməni köçkünlərinin işlərinə qarışa  bilməyəcəkdir.”

Təmraz Tağıyev açıqlamasında maraqlı bir məqama da toxunub: “Ötən il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci Sessiyasında çıxışımın sonunda demişdim ki,  “mən vətənim İrəvana, Zəngəzura, Göyçəyə qayıtmaq istəyirəm”. Həm vaxt mənim bu fikrim erməni təmsilçiləri tərəfindən birmənalı  qarşılanmadı. Vətənimin Hamamlı bölgəsi olmasını, bu rayonda doğulub boya - başa çatdığımı və məhz erməni separatçılarının etnik təmizləmə siyasəti nəticəsində 300 minlik azərbaycanlının  öz doğma yurd-yuvasından erməni separatçı qüvvələri tərəfindən  qovulduqlarını sessiya iştirakçılarının diqqətinə çatdırdım.

Bir daha xatırladıram ki, biz daim erməni tərəfinin heç bir məntqə sığmayan mənasız hərəkətlərinə cavab verməyə hazır olmalıyıq.

Sonda isə  mən Avropa Parlamentinin ikili standartları ilə üzləşən digər ölkələri də Azərbaycandan nümunə götürməyə çağırıram.”

Belediyye.info

 https://www.youtube.com/watch?v=PNbIvjb8sok&t=15s


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024