Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-12-2023 , 20:03

2053

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İnamın bariz nümunəsi


Zəfər tariximizdən sonra Azərbaycanın suveren ərazilərində keçiriləcək ilk prezident seçkiləri əslində milli qürurumuzun, heysiyyatımızın təntənəsi, gündən-günə  artan inamın, ümidin gerçək təcəssümüdür.    Növbədənkənar prezident seçkiləri təcrübəsi dünyanın əksər ölkələrində var və bunu çox vaxt sosial tələbə çevriləndə, eyni zamanda çaxnaşmalar, qarşıdurmalar, sosial narazılıqlar kəskin həddə çatanda məcburi atılan addımlar kimi müşahidə etmişik.

Azərbaycanda isə prezident seçkiləri fərqli bir rakusda islahatlar kontekstində keçirilib. Yəni xalq öz liderindən məmnun qalır, lider isə öz növbəsində milli inkişafın ardıcıl təmin olunması üçün qətiyyətli qərarlar qəbul edir. Əslində bu özünə inamın bariz nümunəsidir.

Prezident İlham Əliyevin 07 dekabr 2023-cü il tarixli növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair sərəncamı demokratiklik, bərabərlik prinsiplərinə sadiqliyi nümayiş etdirməklə yanaşı, milli iradənin, etimadın yeni reallıqlara uyğunluğuna zəmin yaratmış olur.

Azərbaycanda aparılan məqsədyönlü və milli mənafeyə əsaslanan siyasət ölkəmizə qarşı açıq-aşkar düşmən mövqe sərgiləyən bəzi ermənipərəst dövlətləri həmişə məyus edib. Düşünürəm ki, növbədənkənar prezident seçkiləri xarici təxribatların qarşısını almaqla bərabər, islahatların növbəti 7 il ərzində ardıcıl və davamlı aparılmasıyla çirkin planların vaxtında qarşısını almağa yönəlmiş növbəti qətiyyətli addımdır. Yaranmış demokratik seçki mühiti imkan verir ki, xalqın iradəsi doğru-dürüst öz əksini tapsın. Seçki qanunvericiliyində hər bir siyasi partiyaya, siyasi partiyalar blokuna, seçicilərin təşəbbüs qrupuna bərabər, ədalətli seçim şəraiti yaradılır. Siyasi meydanda kifayət qədər şəffaf şəkildə real gücə və nüfuza malik olan siyasətçilər azad rəqabət apara bilir. Bunun üçün hüquqi baza var. Siyasi partiyalar haqqında qanun əslində siyasi partiyaların elektoratını müəyyən edib.

Bu baxımdan siyasi mənzərə göz önündədir. Lakin istənilən hüquqlar qanunla qorunur və təmin olunur. Necə deyərlər bəhanələrə yer qalmır. Qərəzli yanaşmaların həmişə olduğu kimi şahidi olmuşuq və istisna deyil ki, bu dəfə də olacağıq. Etimad itirmiş insanların məkrli və çirkin ritorikası ədalətə kölgə salmaq, öz ağılsızlıqlarını, fərasətsizliklərini pərdələmək cəhdidir. Reallıqları dəyişən, inkişafı, tərəqqini, dirçəlişi, zəfəri müqəddəs yol seçmiş lideri ləkələmək heç bir düşmən ölkəyə və onların marioneti olan cılız siyasətçilərə müəssər olmayıb və olmayacaq da.

Vüsar İsmayılov

YAP Binəqədi rayon təşklatının sədri  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər