Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-12-2023 , 19:33

5852

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Hümbət Hüseynovu fərqləndirən cəhətlər

Bu gün onun günüdür. O insanın ki, altmış illik ömrünün 24 ilini konkret olaraq bələdiyyə sisteminin inkişafına yönəldib. Əvvəlcə sədr müavini, on beş ildən artıq müddətdə isə bələdiyyə sədri kimi öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədir. 

Bəli, söhbət Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovdan gedir.

Hümbət Hüseynovun “bəxti” bir də onda gətirdi ki, o, necə deyərlər,  “quru yerə” yox məhz artıq qurulmuş bir  sistemə, quruma  rəhbər seçildi. Sistemdə çalışan insanları isə fəaliyyətiylə, səmimiyyətiylə, intellektiylə  özünə dost edə bildi.

Etiraf edək ki, 2000-ci ildən formalaşan kollektivlə 24 il ərzində bir yerdə çalışmaq rəhbərdən həm də səbr tələb edir. Hər halda bunu hər adam  bacara bilmir. 

Avropanın beynəlxalq qurumlarında ölkəmizi layiqincə təmsil etmək, daha təkmil formada təmsil etmək üçün bu yaşında dil öyrənmək üçün insanda həm həyat eşqi, həm də vətən sevgisi olmalıdır. Bu cəhətlərin Hümbət Hüseynovda olması onu fərqləndirən cəhətlərdəndir. 

Hər zaman bələdiyyə sisteminin inkişafına çalışması, ən xırda bir detalı belə bələdiyyənin xeyrinə istiqamətləndirməsi, bələdiyyənin inzibati binasının həllinə çalışması, üstəlik yerləşdiyi ərazinin abad bir məkana çevirməsi hər halda Hümbət Hüseynovun fəaliyyətinin azacıq bir hissəsidir.

Beləliklə, dəyərli bələdiyyə sədri, uzun illərdən bəri tanıdığım  Hümbət Hüseynovu yubileyi münasibətiylə ürəkdən təbrik edir, bundan sonra da sağlıqlı illərlə bələdiyyə sisteminin inkişafında daha böyük töhfələr verməyi arzulayıram.

 Vüqar Tofiqli  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
217

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
413

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
517

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1676

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
455

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
436

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
506