Azərbaycan Ədiyyəsinin 105 illiyinə
Azərbaycan Ədliyyəsi artıq 105
yaşını qeyd edir. Fəaliyyət istiqamətlərindən biri də bələdiyyələrə inzibati nəzarəti
həyata keçirmək olduğundan, habelə bələdiyyələrə metodoloji yardım göstərdiyindən
bu qurumda çalışan çoxsaylı insanlarla fəaliyyətimlə bağlı əməkdaşlıq müstəvisində
əlaqə qurmuşam. Şəxsən tanıdığım onlarca ədliyyə qulluqçusu var. Bir çoxu da vətəninə
və dövlətinə sədaqətlə xidmət etdiyindən, o cümlədən bələdiyyələrin fəaliyyətinə
canı dildən dəstək göstərdiyindən fəaliyyətləri ürəyimdən xəbər verir.
Bələdiyyələrlə iş mərkəzi və on
bir regional ədliyyə idarəsindən doqquzu ilə sıx əməkdaşlıq əlaqəsi qurmaqla qarşılıqlı
şəkildə bələdiyyələrin üzləşdiyi problemlərin və çətinliklərin aradan qaldırılmasına
bizdə öz töhfəmizi verməyə çalışırıq.
Qeyd etməliyəm ki, informasiya
mübadiləsində Bələdiyyələrlə iş mərkəziylə yanaşı, Göyçay, Bərdə, İmişli, Gəncə,
Şəmkir, Lənkəran və Şirvan regional idarələri
həqiqətən fərqlənir. Bu gün Xaçmaz
regional ədliyyə idarəsinin əməkdaşları var qüvvə ilə çalışaraq qurum haqqında əvvəlki
illərdə formalaşmış neqativi aradan qaldrımağa çalışır və etiraf edək ki, buna nail
ola biliblər. Bu günlərdə layihə çərçivəsində Şəki regional ədliyyə idarəsinin əməkdaşları
ilə həyata keçirdyimiz görüşlərdə kollektivdə
savadlı və bacarıqlı ədliyyə qulluçularının olduğunu şahidi olduq. İnanmaq istərdik
fəaliyyəti tam formalaşmayan Qarabağ regional ədliyyə idarəsi, həmçinin Şəki regional ədliyyə idarəsiylə, o
cümlədən informasiya mübadiləsinə meylli olmayan Sumqayıt regional ədliyyə idarəsiylə
bundan sonrakı dövrdə əməkdaşlıq əlaqələri
qurmaqla ədliyyə-bələdiyyə münasibətlərinin tənzimləməsində birgə sözümüzü deyəcək və yaradıcısı Ulu öndər
Heydər Əliyev olan bələdiyyə sisteminin inkişafına dəstəyimizi göstərəcəyik. Bu
hər bir ədliyyə qulluqçusunun həm də bir vətəndaşlıq borcudur.
Bütün ədliyyə qulluqçularını
isə bayram münasibətiylə ürəkdən təbrik edir və bələdiyyələrin fəaliyyətinə bundan
sonra da var qüvvə ilə dəstək vermələrini arzu edirəm!!!
Vüqar Tofiqli
Rəylər
0 Rəy