Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2023 , 18:57

6354

Son xəbərlər

Bütün xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Qəbiristanlıqlar bələdiyyələrə təhvil verilməlidir - RƏY

Dəfn pulunun miqdarı, həqiqətən də, çox azdır

Həmin pula nə qəbir yeri almaq mümkündür, nə də dəfni təşkil etmək

 "Verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil. Dəfn pullarının miqdarı artırılmalıdır". Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir: “Verilən pul Bakı şəhərində dəfnin heç onda birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər?!”.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında bildirib ki, millət vəkilinin qaldırdığı məsələ aktualdır. Dəfn pulunun azlığı, həqiqətən də, ciddi problemdir. Bu istiqamətdə mühüm addımlar atılmalıdır:

- Bu, əhalini narahat edən məsələdir. Vətəndaş illərlə işləyir və sosial sığorta ödənişləri edir, elə insanlar var, təqaüd yaşına çatmamış, yaxud da az bir müddət təqaüd aldıqdan sonra dünyasını dəyişir. Vaxtilə sosial sığorta ödənişləri etmiş şəxsin hesabında olan sosial sığorta ödənişlərinin taleyi isə qaranlıq qalır. İllərə toplanmış həmin məbləğin şəxsin ailəsinə, övladlarına ödənilməsi məsələsi isə hələ də açıq qalıb. Hesab edirəm ki, dəfn pulunun miqdarı sosial sığorta ödənişləri hesabına artırıla bilər. Dəfn pulunun miqdarı, həqiqətən də, çox azdır. Həmin pula nə qəbir yeri almaq mümkündür, nə də dəfni təşkil etmək. İkinci vacib məsələ, qəbiristanlıqların bələdiyyələrə verilməsidir. Bu məsələnin həlli də illərdir yubanır. Qəbiristanlıqlar bələdiyyələrə təhvil verilməlidir. Qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsinə dövlət nəzarət etsin, qəbiristanlıqların saxlanması üçün də dövlətdən bələdiyyələrə subsidiya, ya da dotasiya ayrılsın. Qəbiristanlıqların Bakı bələdiyyələrinə təhvil verilməsi başa çatdırılmayıb. Bu qəbiristanlıqlar hələ də Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansındadır. Trestin qəbiristanlıqları təhvil vermək kimi bir niyyəti yoxdur. Hər bir vətəndaşın hüququ var qəbiristanlıqlardan istifadəyə. Büdcəsi az olan bələdiyyələrə dotasiya ayrılsın, dəfn məsələləri bələdiyyələrin öhdəsinə verilsin. Bununla əhalinin dəfn problemi həllini tapar.

https://sherg.az/gundem/243064


Rəylər

1 Rəy

Sahin Əliyev

16-11-2023, 1 il əvvəl

Bələdiyyələr onlar üçün büdcəyə vəsait gətirən işçilərini işə götürüb maaşların verə bilmir, qəbiristanlıqların da təhvil götürsələr qəbir qazan, meyit yuyan v.s.kimi işçilər götürməlidirlər, onlar üçün DSMF borcları yaranacaq onu ödəməli olacaq ... Nə isə birini düşünürsən digərin unudursan.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
424

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
390

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
359

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
604

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
772

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
680

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
779

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2268

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
710