Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2023 , 11:11

2850

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsi Hacırüstəmli bələdiyyəsinin ərazisində  “Açıq Mikrafon” aksiyası keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların,  xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin  İmişli regional ədliyyə idarəsi İmişli rayonunun Hacırüstəmli bələdiyyəsinin ərazisində sakinlərin iştirakı ilə ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı “AÇIQ MİKRAFON” aksiyası keçirmişdir. Sakinlərlə görüş zamanı regional idarənin rəisi İsgəndər Orucov tərəfindən idarənin fəaliyyət istiqamətləri, səlahiyyətləri və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə işi barədə çıxış etmişdir. Daha sonra vətəndaşlar diqqətlə dinlənilib və qaldırılan məsələlərin bəzilərinə yerində izah verilmiş, digər müraciətlər üzrə isə regional idarənin əməkdaşına müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda regional idarənin rekvizitlərini əks etdirən bukletlər paylanılıb və səlahiyyətlərimiz çərçivəsində vətəndaşlara xidmət göstəriləcəyi bir daha diqqətə çatdırılmışdır.

Vətəndaşlar onlara göstərilən diqqət və əlçatanlığa görə Ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

 Yerlərdə vətəndaşların qəbullarının və bu cür aksiyaların keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.

  İmişli regional ədliyyə idarəsi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
213

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
413

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
516

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1674

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
455

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
436

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
506