Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2023 , 10:09

4599

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mərkəz Pirallahı bələdiyyəsiylə bağlı Apellyasiya şikayəti verib: “Sədr səlahiyyəti olmadığı halda təkbaşına  icarə müqaviləsi imzalayıb”



 

Bu günlərdə Pirallahı bələdiyyəsinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəməyə verilməsi barədə media səhifələrində məlumat yayılmışdı.

Məlumatda qeyd edilirdi ki, mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarət olan işə Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq.Məsələ ilə bağlı Belediyye.infonun əldə etdiyi məlumatda qeyd edilir ki, Bakı İnzibati Məhkəməsinin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin cavabdeh Pirallahı rayon Pirallahı bələdiyyəsinə qarşı (üçüncü şəxs: Məmmədov Seyfur Ələnur oğlu) bələdiyyənin 09.06.2022-ci il tarixli qərarı ləğv edilməklə, qanunsuz bağlanılmış icarə müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi vəzifəsinin bələdiyyənin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir.

Appelyasiya şikayətində qeyd edilir ki, vətəndaş Aşur Məmmədovun torpaq mübahisəsi barədə müraciətinə baxılarkən müəyyən edilmişdir ki, Gürgən-Pirallahı Bələdiyyəsi ilə Seyfur Məmmədov arasında bağlanılmış 30.11.2003-cü il tarixli 75 saylı icarə müqaviləsi əsasında 0.17 ha torpaq sahəsi vətəndaş Seyfur Məmmədova qanunsuz ayrılmışdır. Qeyd edilən icarə müqaviləsi həmin dövrdə bələdiyyə sədri olmuş Sadıx Əliyev tərəfindən səlahiyyəti olmadığı halda təkbaşına, yəni bələdiyyənin bu barədə kollegial iclas qərarı olmadan və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmadan verilmişdir.

Gürgən-Pirallahı bələdiyyəsinin 30.11.2003-cü il tarixli 75 saylı icarə müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədi ilə Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Pirallahı bələdiyyəsinə 06.06.2022-ci il tarixli M-929 saylı təklif məktubu göndərilmiş, lakin təklif bələdiyyənin 09.06.2022-ci il tarixli iclasında (11 saylı protokol) müzakirə olunaraq təmin edilməmişdir. Odur ki, Bələdiyyələrlə İş Mərkəzi tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.

Mərkəz hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarı düzgün deyil. Belə ki, məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilsə də, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətinə malik deyil və belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsaslanaraq göstərilmişdir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Qeyd olunur ki, məhkəmə Gürgən-Pirallahı Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması ilə bağlı öz qərarını müəyyən şəkildə əsaslandırsa da, 0.17 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ təsdiq edilmədən müvafiq torpaq sahəsinin 30.11.2003-cü il tarixli 75 saylı icarə müqavilə əsasında Seyfur Məmmədovun icarəsinə verilməsi məsələsinə toxunmamış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd barədə məlumatlar məhkəmə qərarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Həmin Məcəllənin 146.3-cü maddəsində qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

Həmçinin bildirilir ki, qeyd olunan torpaq sahəsinin vətəndaş Seyfur Məmmədovun icarəsinə ayrılması ilə bağlı məsələnin bələdiyyə üzvlərinin iştirakı ilə bələdiyyə iclasında müzakirə edilib-edilməməsi və əgər müzakirə edilməmişdirsə, səlahiyyəti olmadığı halda bələdiyyə sədrinin 30.11.2003-cü il tarixli 75 saylı müqaviləni imzalamasının hüquqi nəticəsi barədə məsələlərə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin tələblərinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində göstərilir ki,  bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 6-ci maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Həmin Məcəllənin 68.1-2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

Beləliklə, Bələdiyyələrlə iş Mərkəzinin yuxarıda göstərilənlərə əsasən hazırlanan apelyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 31.05.2023-cü il tarixli 2-1(112)-1544/2023 saylı qərarının ləğv edilməsi xahiş olunur.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
685

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024
658

Əmlak vergisini ödəməylənlərə dəbbə pulu gələcək

Gündəlik Xəbərlər
29-08-2024
1309