Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2023 , 18:01

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əli Mehdiyevin yubileyi münasibətiylə tədbir keçirilib

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Məhərrəm oğlu Mehdiyevin 10.09.2023-cü il tarixdə 65 yaşı tamam olub.

Belediyye.infoya daxil olan məlumata görə, bu münasibətlə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında əməkdaşların iştirakı ilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan ABMA-nın əlaqələndirici koordinatoru Aydın Muradov rəhbərlik və kollektiv adından Əli Mehdiyevi 65 yaşının tamam olması münasibəti ilə təbrik edərək, ona səmimi arzularını çatdırıb.

Ə. Mehdiyev ona göstərilən diqqətə görə rəhbərliyə və kollektivin hər bir üzvünə öz təşəkkürünü bildirib. Kollektivin adından ona xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda Ə.Mehdiyev 65 yaşının tamam olması ilə əlaqədar Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri  vəzəfəsindən istefa verməsi ilə bağlı  idarə heyətinə ərizə ilə müraciət etdiyini bildirib.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezident xalqa müraciət etdi

Gündəlik Xəbərlər
10-05-2023

Bələdiyyə avtobusu ağır qəza törədib

Gündəlik Xəbərlər
05-05-2023