Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2023 , 20:02

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Quxuroba bələdiyyəsi şəhidin xatirəsinə həsr olunan   futbol turnirinə start verib

"Qusar rayonu Quxuroba bələdiyyəsinin təşəbbüsü ilə şəhid Ulubəyov Nurəhməd Hacıbəy oğlunun xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib"- bu barədə məlumatı adı çəkilən bələdiyyənin sədri Namiq  bildirib. 

Sədrin sözlərinə görə, Qusar, Quba və Xşmaz kənd bələdiyyələrinin təşkil etdiyi komandaların iştirakıyla keçirilən turnir 07 oktyabr tarixində başa çatacaq.

Sədrin sözlərinə görə, qalib komandaya qiymətli hədiyyələr və "Fəxri fərman"lar təqdim ediləcəkdir. Bundan əvvəl isə bələdiyyənin təşəbbüsü ilə kənd ərazisində şəhid Nurəhməd   Ulubəyovun xatirə lövhəsi hazırlanmışdır.  

Qeyd edək ki, əslən Qusar rayonu Quxuroba kəndindən olan Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsil alır. 2012-ci ildə həmən məktəbi bitirib Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur.

Vətənimiz Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür,  mərdlik və mətinlik nümayiş edərək 2020-ci ilin oktyabr ayının 7-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.

Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu II Fəxri xiyabanda torpağa tapşırılır. Ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunması görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bilgəh bələdiyyəsinə yeni sədr seçilib

Gündəlik Xəbərlər
02-04-2024

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024