Bələdiyyə sədri: “Maliyyə çətinliyi ilə üz-üzə qalsaqda sakinlərə xidmətimizi davam etdiririk”
“Biləcəri
bələdiyyəsi Binəqədi RİH-in təşəbbüsü və dəstəyi ilə qəsəbədə yerləşən Şəhidlər
xiyabanında davamlı olaraq təmir-bərpa işlərini davam etdirir” – bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Etibar Cabbarov bildirib.
Sədrin
sözlərinə görə, bələdiyyə üzləşdiyi
maliyyə çətinliyinə baxmayaraq qəsəbə ərazisində abadlıq işlərini davam
etdirməkdədir.
Həyata
keçirilən layihə çərçivəsində Şəhidlər xiyabanına ikinci giriş hissəsi açılmış,
ərazi aqlay daşla üzlənmiş, hasara suvaq vurulmuşdur. Bununla yanaşı giriş hissəyə
pilləkənlər hörülmüş və üzlənmişdir. Yaxın günlərdə ərazidə həyata keçirilən
işlərin başa çatdırlıması nəzərdə tutulmuşdur.
Sədrin sözlərinə görə, 27 sentyabr-“Anım gününədək” layihə başa çatdırılacaqdır.
Belediyye.info