Sahil bələdiyyəsinin rəhbərliyi şəhid ailələrini ziyarət ediblər
Şabran rayonunda şəhid ailələri ziyarət olundu
Mingəçevir bələdiyyəsində qazilərlə görüş keçirilib
Sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verildi
Çingiz Məmmədov: "İnanırıq ki, hədəfimizə çatmaqla seçicilərimizə verdiyimiz sözü tuta biləcəyik"
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var
Təmraz Tağıyev: “Sonuncu əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan qaldırılıb ”
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir
Bələdiyyə sədri: "Bu gün bələdiyyənin əsas məqsədi həyata keçirilən icrasını təmin etmək üçün vergilərin vaxtında yığılmasını təmin etməkdir"
Sumqayıtda bu küçələr asfaltlancaq - SİYAHI
Qımıl kəndində şəhidin xatirəsi anılıb
Hövsan qəsəbəsində şəhid Elzar Yusubovun xatirəsi anılıb

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
İnam Kərimova müraciət edildi: “Nərimanov bələdiyyəsinə qarşı edilmiş ədalətsizliyin qarşısının alınmasına dəstək verməyinizi Sizdən xahiş edirik”
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
cənab İnam Kərimova
Hörmətli İnam müəllim!
Sizə 22 il ərzində YAP-ın Nərimanov təşkilatının sədri olmuş, hazırda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri olaraq Nərimanov bələdiyyəsinin son illər üzləşdiyi bir problemlə bağlı müraciət etmək istərdim. Məhz məhkəmə instansiyalarının qeyri-obyektiv baxışı sayəsində bu gün Nərimanov bələdiyyəsi ciddi problemlə üz-üzə qalmaqdadır.
Belə ki, uzun illərdir ölkəmizdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə formalaşdırılan bələdiyyələr arasında Nərimanov bələdiyyəsinin öz dəsti-xətti var. Ötən illər ərzində Nərimanov bələdiyyəsi fəaliyyətiylə rayon sakinləri arasında xüsusi çəki və nüfuza sahib olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə tanınmaqdadır.
Ancaq bu gün təəssüflə bildirmək istərdik ki, hansısa məmurun və iş adamının tamahının ucbatından Nərimanov bələdiyyəsi ciddi problemlə üz-üzə qalıb. Belə ki, iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən şirkətin özünün icarəyə götürdüyü binada fəaliyyət göstərən bələdiyyəyə hazırda aylıq icarə haqqının ödənilməsi məhkəmə hakiminin qanuna söykənməyən qərarı ilə dayandırılıb.
Vaxtı ilə Bakı şəhər Statistika idarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər, 2001-ci ildən isə ikinci mərtəbəsindəki 440 kv.metrlik hissəsi isə müvafiq sərəncamla Nərimanov bələdiyyəsinin istifadəsinə verilmişdir.
1999-cu ilin dekabrında Ulu öndər Heydər Əliyevin Fərmanıyla bələdiyyələrlə fəaliyyət üçün inzibati bina, habelə mülkiyyətə əmlak və torpaq verilməliydi. Təbriz küçəsi 10 ünvanında yerləşən binanın 440 kv.metrlik hissəsi də məhz bu fərmandan irəli gələrək bələdiyyəyə fəaliyyət üçün verilmişdi. Əlavə edək ki, Nərimanov bələdiyyəsi binada mütəmadi olaraq təmir işlərini aparmaqla, burada məskunlaşan məcburi köçkünləri də daim diqqət mərkəzində saxlamışdır. Bu gün Nərimanov bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb.
“INTEKS” MMC ilə Nərimanov Bələdiyyəsi arasında ikitərəfli qaydada bağlanılmış 306 saylı, 03 may 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən qanuni əsaslarla uzun müddət ( 20 ilədək müddətdə) bələdiyyənin istifadəsində olmuş 440 kv.m qeyri-yaşayış sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinin tələblərinə uyğun olaraq bələdiyyənin vəsaiti hesabına boşaldılmış, sökülməsinə etiraz edilməməklə, söküntü işlərinin aparılması üçün “INTEKS” MMC-yə təhvil verilmiş və həmin vaxt, yəni həmin ilin iyun ayında bina tikinti şirkəti tərəfindən sökülərək, layihəyə uyğun yeni binanın inşasına başlanılmışdır.
Qeyd olunan müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilənlərə müvafiq olaraq şirkət üzərinə düşən öhdəlikləri ötən ilin dekabr ayına kimi icra etmişdir. Uzun müddət bələdiyyənin gözlənilən mülkiyyət hüququ ilə istifadəsində olmuş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsi üzərində sökülən vaxtadək heç bir məhdudiyyət olmamış və hər hansı şəxsin xeyrinə yüklü edilməmişdir.
2021-ci ilin may ayında şirkətlə bağlanmış müqavilə şərtləri ötən ilin dekabrında birtərəfli qaydada dayandırılmışdır. Səbəb kimi Natiq Əliməmmədov adlı şəxsin həmin ərazini özəlləşdirməsi olub. Şirkət rəhbərliyi də Nərimanov məhkəməsinin qərardadına istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. Bizə çox maraqlıdır, Əmlak məsələləri Dövlət Xidməti sökülmüş binaya çıxarışı necə və hansı şərtlərlə verib. Üstəlik, iyirmi il ərzində bələdiyyə tərəfindən istifadədə olan bina əgər satışa çıxarılırdısa birinci növbədə bələdiyyəyə təklif edilməliydi. Çıxarışla yanaşı xidmət tərəfindən texniki pasportun Natiq Əliməmmədova təqdim edilməməsi də şübhə doğurur. Beləliklə, hərracın təşkilindəki ciddi qanun pozuntusunun olması göz önündədir. Elan verilməyib, hərrac təşkil edilməyib və sair. Ən əsası bina söküldükdən sonra ona çıxarış verilmişdir. Əmlak məslələri Dövlət xidməti bunu hansı əsasla edib, çox təəccüblüdür.
Hesab edirik ki, sökülmüş əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədin verilməsi Qanunvericiliyin tələblərinə zidd olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı və Nərimanov rayon İcra Hakimiyyətinin 430 saylı, 12.12.2016-cı il tarixli sərancamı ilə uyğunsuzluq təşkil edir.
Nərimanov bələdiyyəsinin məktubuna reaksiya belə verməyən “INTEKS” şirkətinin havadarlıq etdiyi N. Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadagan edən qərardad ala bilmişdir. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardadda iştirakımız olmadan qəbul edilib. Ehtimal etmək olar ki, bu proseslərdə “İNTEKS” şirkətinin də öz maraqları var.
Eyni zamanda qeyd etmək istəyirik ki, uzun müddət (20 ilədək) qanuni əsaslarla bələdiyyənin istifadəsində olmuş qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin tələbləri ilə uyğunsuzluq təşkil etməklə bələdiyyənin hüquqlarını artıq məhdudlaşdırdığından və fəaliyyətinə maneçilik yaratdığından, mülki qanunvericiliyin icarə və istifadə hüquqlarını pozması səbəbi ilə ləğv edilməlidir.
Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq MTT(005)-24/2022 saylı, 28.01.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının ləğv edilməsini tam qanuna uyğun hesab edirik.
Hörmətli İnam müəllim!
Sizi, özündə 19 bələdiyyə üzvünü və 80 bələdiyyə qulluqçusunu, habelə bələdiyyənin himayə etdiyi 25 şəhid ailəsinin üzv və qazilərini birləşdirən kollektivin rəhbəri olaraq, Nərimanov bələdiyyəsinə qarşı edilmiş ədalətsizliyin qarşısının alınmasına çağırırıq, habelə sökülmüş binaya çıxarışın hansı forma və məzmunda verilməsinə aydınlıq gətirilməsi və hazırda müvafiq məhkəmə instansiyasında qaldırılan iddia ilə bağlı keçiriləcək proseslərə ədalətli baxılması üçün dəstək göstərərək işi nəzarətə götürməyinizi sizdən xahiş edirik.
İnanırıq ki, bu addımınızla Siz Nərimanov bələdiyyəsinə qarşı edilmiş haqsızlığın qarşısnı almış olacaqsınız.
Sizə dərin hörmət və ehtiram hissi ilə,
Təmraz Tağıyev
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri”
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında
Seymur Rəsulov: "İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir "
Manaf Manafov: “Xalqımız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə...."
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Mehmanxana ödənişlərinin 83 faizi paytaxt bələdiyyələrinin üzərinə düşür
Ötən il bələdiyyə müəssisələrindən nə qədər mənfəət vergisi daxil olub?
Təmraz Tağıyev: “Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir”
Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü..
Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Rəylər
1 Rəy
İsmayilova Tunzalə
31-07-2023, 1 il əvvəl
bələdiyyələri o qədər gozdən saliblar ki.Binasi yox torpaq ustundə mulkiyyət huququ yox,pulu yox hec nəyi yox .Adi maaşi da yox.Amma min bur dərdə dəva tapmalidir.2 sot yeri sənədləsdirmək ucun 5 sorun xərcin cəkməlidir.Kimə lazimdir belə torpaq satişi?.Birdəfəlik ləgv etsinlər getsin
Cavabla