Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-07-2023 , 20:25

5832

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

İnam Kərimova müraciət edildi: “Nərimanov bələdiyyəsinə qarşı edilmiş ədalətsizliyin qarşısının alınmasına dəstək verməyinizi Sizdən xahiş edirik”

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

cənab İnam Kərimova

Hörmətli İnam müəllim!

Sizə 22 il ərzində YAP-ın Nərimanov təşkilatının sədri olmuş, hazırda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri olaraq Nərimanov bələdiyyəsinin son illər üzləşdiyi bir problemlə bağlı müraciət etmək istərdim. Məhz məhkəmə instansiyalarının qeyri-obyektiv baxışı sayəsində bu gün Nərimanov bələdiyyəsi ciddi problemlə üz-üzə qalmaqdadır.

Belə ki, uzun illərdir ölkəmizdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə formalaşdırılan bələdiyyələr arasında Nərimanov bələdiyyəsinin öz dəsti-xətti var. Ötən illər ərzində Nərimanov  bələdiyyəsi fəaliyyətiylə rayon sakinləri arasında xüsusi çəki və nüfuza sahib olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə tanınmaqdadır.

Ancaq bu gün təəssüflə bildirmək istərdik ki, hansısa məmurun və iş adamının tamahının ucbatından  Nərimanov bələdiyyəsi ciddi problemlə üz-üzə qalıb. Belə ki, iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən  şirkətin özünün icarəyə götürdüyü binada fəaliyyət göstərən bələdiyyəyə hazırda aylıq icarə haqqının ödənilməsi məhkəmə hakiminin qanuna söykənməyən qərarı ilə dayandırılıb.

Vaxtı ilə Bakı şəhər Statistika idarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər, 2001-ci ildən isə ikinci mərtəbəsindəki 440 kv.metrlik hissəsi isə  müvafiq sərəncamla  Nərimanov bələdiyyəsinin istifadəsinə verilmişdir.

1999-cu ilin dekabrında Ulu öndər Heydər Əliyevin Fərmanıyla bələdiyyələrlə fəaliyyət üçün inzibati bina, habelə mülkiyyətə əmlak və torpaq verilməliydi. Təbriz küçəsi 10 ünvanında yerləşən binanın 440 kv.metrlik hissəsi də məhz bu fərmandan irəli gələrək bələdiyyəyə fəaliyyət üçün verilmişdi. Əlavə edək ki, Nərimanov bələdiyyəsi binada mütəmadi olaraq təmir işlərini aparmaqla, burada məskunlaşan məcburi köçkünləri də daim diqqət mərkəzində saxlamışdır. Bu gün Nərimanov bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq  dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb.      

“INTEKS” MMC ilə  Nərimanov  Bələdiyyəsi  arasında  ikitərəfli qaydada bağlanılmış 306 saylı, 03 may 2021-ci il tarixli  müqavilənin şərtlərinə əsasən qanuni əsaslarla uzun müddət ( 20 ilədək müddətdə) bələdiyyənin istifadəsində olmuş 440 kv.m qeyri-yaşayış sahəsi  müqavilənin 2.1.2-ci  və 2.1.3-cü bəndlərinin tələblərinə  uyğun olaraq  bələdiyyənin vəsaiti hesabına boşaldılmış, sökülməsinə etiraz edilməməklə,  söküntü işlərinin aparılması üçün “INTEKS” MMC-yə təhvil verilmiş və həmin vaxt, yəni həmin ilin  iyun ayında  bina tikinti şirkəti tərəfindən sökülərək, layihəyə uyğun  yeni binanın inşasına başlanılmışdır. 

Qeyd olunan müqavilənin 2.2.1 və  2.2.2-ci bəndlərində göstərilənlərə  müvafiq olaraq  şirkət  üzərinə  düşən  öhdəlikləri ötən ilin  dekabr ayına kimi icra etmişdir. Uzun  müddət bələdiyyənin  gözlənilən mülkiyyət hüququ ilə istifadəsində olmuş, Bakı şəhəri Nərimanov rayonu, Təbriz  küçəsi 10  ünvanındakı  440 kv.m  qeyri-yaşayış  sahəsi üzərində sökülən vaxtadək heç bir məhdudiyyət olmamış və hər hansı şəxsin xeyrinə yüklü edilməmişdir. 

2021-ci ilin may ayında şirkətlə bağlanmış müqavilə şərtləri ötən ilin dekabrında birtərəfli qaydada dayandırılmışdır.  Səbəb kimi  Natiq Əliməmmədov adlı şəxsin həmin ərazini özəlləşdirməsi olub. Şirkət rəhbərliyi də Nərimanov məhkəməsinin qərardadına istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. Bizə çox maraqlıdır, Əmlak məsələləri Dövlət Xidməti sökülmüş binaya çıxarışı necə və hansı şərtlərlə verib. Üstəlik, iyirmi il ərzində bələdiyyə tərəfindən istifadədə olan bina əgər satışa çıxarılırdısa birinci növbədə bələdiyyəyə təklif edilməliydi.  Çıxarışla yanaşı xidmət tərəfindən texniki pasportun Natiq Əliməmmədova  təqdim edilməməsi də şübhə doğurur. Beləliklə, hərracın təşkilindəki ciddi qanun pozuntusunun olması göz önündədir. Elan verilməyib, hərrac təşkil edilməyib və sair. Ən əsası bina söküldükdən sonra ona çıxarış verilmişdir. Əmlak məslələri Dövlət xidməti bunu hansı əsasla edib, çox təəccüblüdür.

Hesab edirik ki, sökülmüş əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədin  verilməsi Qanunvericiliyin tələblərinə zidd olmaqla Azərbaycan Respublikasının Nazirlər  Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı və Nərimanov rayon İcra Hakimiyyətinin 430 saylı, 12.12.2016-cı il tarixli sərancamı ilə uyğunsuzluq təşkil edir.

Nərimanov bələdiyyəsinin məktubuna reaksiya belə verməyən “INTEKS” şirkətinin havadarlıq etdiyi N. Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadagan edən qərardad ala bilmişdir. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın  təmsilçiləri dəvət edilməyib və qərardadda iştirakımız olmadan qəbul edilib. Ehtimal etmək olar ki, bu proseslərdə “İNTEKS” şirkətinin də öz maraqları var.

Eyni zamanda qeyd etmək istəyirik ki, uzun müddət (20 ilədək) qanuni əsaslarla bələdiyyənin istifadəsində olmuş qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin tələbləri ilə uyğunsuzluq təşkil etməklə bələdiyyənin hüquqlarını artıq məhdudlaşdırdığından və fəaliyyətinə maneçilik yaratdığından, mülki qanunvericiliyin icarə və istifadə hüquqlarını pozması səbəbi ilə ləğv edilməlidir.

Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq  MTT(005)-24/2022 saylı, 28.01.2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə  qərardadının ləğv edilməsini tam qanuna uyğun hesab edirik.

Hörmətli İnam müəllim!

Sizi, özündə 19 bələdiyyə üzvünü və 80 bələdiyyə qulluqçusunu, habelə bələdiyyənin himayə etdiyi 25 şəhid ailəsinin üzv və qazilərini birləşdirən kollektivin rəhbəri olaraq, Nərimanov bələdiyyəsinə qarşı edilmiş ədalətsizliyin qarşısının alınmasına çağırırıq, habelə sökülmüş binaya çıxarışın hansı forma və məzmunda verilməsinə aydınlıq gətirilməsi və  hazırda  müvafiq məhkəmə instansiyasında qaldırılan iddia ilə bağlı keçiriləcək proseslərə ədalətli baxılması üçün  dəstək  göstərərək işi nəzarətə götürməyinizi sizdən xahiş edirik.

İnanırıq ki, bu addımınızla Siz Nərimanov bələdiyyəsinə qarşı edilmiş haqsızlığın qarşısnı almış olacaqsınız.

Sizə dərin hörmət və ehtiram hissi ilə,

Təmraz Tağıyev

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri”

Rəylər

1 Rəy

İsmayilova Tunzalə

31-07-2023, 1 il əvvəl

bələdiyyələri o qədər gozdən saliblar ki.Binasi yox torpaq ustundə mulkiyyət huququ yox,pulu yox hec nəyi yox .Adi maaşi da yox.Amma min bur dərdə dəva tapmalidir.2 sot yeri sənədləsdirmək ucun 5 sorun xərcin cəkməlidir.Kimə lazimdir belə torpaq satişi?.Birdəfəlik ləgv etsinlər getsin

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
629