Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-05-2023 , 18:23

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Cavadxan 28,32 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir

Nəsimi RİH -in yaydığı məlumata görə, Cavadxan 28,32 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri aparılır.
Məlumatda daha sonra qeyd edilir ki,  Cavadxan küçəsi 28, 32 saylı ümumi yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıda boru və navalçalar dəyişdirilib. Həyətdə istinad divarları hörülərək aqlay daşla üzlənib, bardür və tamet daşları düzülüb. Binanın giriş blokları təmir edilib, qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib. Həyətə yeni su və işıqlandırma xətləri çəkilib. Təhlükəsizlik kameraları quraşdırılıb.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, və oturacaqlar quraşdırılıb. Hal hazırda binanın həyətində yaşıllıqların bərpası, yeni qazon və asfalt örtüyünün vurulması işləri aparılır, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının və avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Belediyye.info