Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2023 , 19:55

5763

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Tərtər rayonunda vətəndaşları qəbul edib

Mayın 12-də ədliyyə naziri Fikrət Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Tərtər, Ağdam, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilərək qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Səfər çərçivəsində həmçinin, yerli ədliyyə orqanlarının və məhkəmələrin iş şəraiti ilə tanış olunub, işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. Rayonda fəaliyyət göstərən ədliyyə işçilərinin və hakimlərin iştirakı ilə tədbir keçirilib.

Çıxış edən ədliyyə naziri F.Məmmədov “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderin mənalı ömür yolundan və titanik fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb, demokratik hüquqi dövlət quruculuğunda, müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolunu qeyd edib.

Ulu Öndərin yolu ilə gedən ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişafı, dahi rəhbərin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının müasir çağırışlara uyğun həyata keçirildiyi diqqətə çatdırılıb. Nazir Böyük Qələbəmizlə torpaqlarımız işğaldan azad edilməklə Müzəffər Ali Baş Komandanın Ümummilli Liderin tapşırığını şərəflə yerinə yetirdiyini xüsusilə vurğulayaraq, dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə həmin ərazilərdə aparılan sürətli bərpa-quruculuq işlərindən bəhs edib. Tədbirdə əbədiyaşar liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilərək ədliyyə orqanlarında və məhkəmələrdə Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər barədə məlumat verilib. 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
229

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
414

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
523

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1679

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
455

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
437

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
506