Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-05-2023 , 09:19

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mətləb Əliyev: "Vətəndaş məmnunluğunun təmin edilməsində hər bir bələdiyyə öz töhfəsini verməlidiir" 

“Buzovna bələdiyyəsinin əsas məqsədi seçicilərinin müraciətlərini daim diqqətdə saxlamaqla onların həllinə çalışmaqdır”- bu fkirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib. Bu gün qəsəbə sakinlərinin hər birinin  bələdiyyə üzv və qullquçuların müraciəti kollektivdə ümumi müzakirəyə çıxarılır.  Sədr daha sonra bildirib:

"Ulu öndər Heydər Əliyevin yadigarı ola bələdiyyə sistemini yaşatmaq, onun inkişafına təkan vermək hər bir bələdiyyə üzvünün başlıca vəzifəsi olmalıdır.  1999-cu ildə  ilk bələdiyyə seçkiləri günlərində keçirdiyi görüşlərin birində Ulu öndər Heydər Əliyev qeyd edirdi: “Bu gün  bir tərəfdən bələdiyyə sisteminə maraq göstərən vətəndaşlar çoxdur, onlar bu orqanlarda fəaliyyət göstərmək istəyirlər. Bizim üçün əhəmiyyətlisi budur ki, vətəndaşlarımız dövləti, hökuməti idarə etməyə, yerli idarəetmə orqanlarında iştirak etməyə həvəs göstərir, biganə deyillər. Bu, çox müsbət bir haldır. Bu bir tərəfdən ölkəmizdə demokratiyanın varlığını və onun inkişafını sübut edir, ikinci tərəfdən də, təbiidir ki, bələdiyyələrin qarşısında böyük vəzifələr, böyük məsuliyyətlər qoyur”."

Həqiqətəndə Buzovna bələdiyyəsi də vətəndaşların etimadını doğrultmaq üçün hər il qəsəbə ərazisində çoxsaylı sosial layihələri icra edir. Bu günlərdə vətəndaş müraciətlərinə əsasən qəsəbənin Mirzağa Əliyev küçəsində asfalt işlərinə start verilmişdir. Bununla yanaşı qəsəbənin abadlığı da daim bələdiyyənin diqqətindədir. Bələdiyyə əldə etdiyi  maliyyə vəsaitinin əsas hissəsi məhz qəsəbənin abadlığına xərclənir.

Vətəndaşlarımızın ilk olaraq qəsəbə bələdiyyəsinə müraciəti əslində qəsəbədə fəaliyyətdə olan icra strukturlarının qarşılıqlı əməkdaşlığının nəticəsi kimi hesab edilə bilər.

Vətəndaş məmnunluğunun təmin edilməsində  hər bir bələdiyyə öz töhfəsini verməli və fəaliyyətiylə diqqət mərkəzində olmalıdır.

Sədr sonda bildirib ki, fəaliyyətimizdə vətəndaş-bələdiyyə münasibətlərinin şəffaf və demokratik prinsiplərə uyğun inkişafına çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İsmayıllı yeni ilə hazırşır
Gündəlik Xəbərlər
26-12-2023