Nabranda ağacəkmə aksiyası keçirilib
Xaçmaz rayonu Nabran bələdiyyəsinin Tel kəndində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Nabran bələdiyyəsinin və Nabran kənd İƏD-nümayəndəliyi tərəfindən təşkil olunana aksiya çərçivəsində Tel kəndinin qəbrstanlığının uzunluğu 500 m olan yolkənarı hissəsində 200-ə yaxın şam ağacı əkilib.
Ağacəkmə aksiyasında Nabran bələdiyyəsinin üzv və qulluqçuları, Nabran kənd İƏD- nin nümayəndəsi və yerli sakinlər iştirak edib.
Nabran bələdiyyəsinin sədri Tariverdiyev Mahir bildirib ki, Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə ekoloji problemlərin həlli, təbii sərvətlərdən səmərəli istifadə məsələlərini daim diqqət mərkəzində saxlayıb. Hazırda Cənab Prezident İlham Əliyev də ekoloji məsələlərə ciddi şəkildə önəm verir. Aksiyanın digər təşkilatçısı Nabran kənd İƏD-nin nümayəndəsi Nəzakət İskəndərova çıxışında bildirib ki, Ümumilli lider həmişə olkənin müxtəlif sahələrinə olan diqqət və qayğısı, ekalogiya və təbiətin mühafizəsi sahəsində də daim özünü biruzə verib. Biz çalışmalıyıq ki, bu kimi tədbirlər gənc nəsillərə örnək olsun və Heydər Əliyevin gənclər olan güvəni bu sahədə də öz əksini tapsın.
Qeyd edək ki, bu kimi tədbirlərin Ümumilli liderin doğum gününə qədər və ondan sonra da davam edəcəyi bildirilib.
Belediyye.info
Rəylər
0 Rəy