Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2023 , 17:03

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bələdiyyələrdə nağdsiz ödənişlərin təşviq edilməsi və çətinliklərin müzakirəsi” 

“Bələdiyyələrdə nağdsiz ödənişlərin təşviq edilməsi və çətinliklərin müzakirəsi” mövzusunda onlayn görüş keçrilib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən görüşdə yerli (bələdiyyə) büdcəyə  ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılmasında HÖP (Hökumət Ödəniş Portalı) platformasının imkanlarından daha geniş formada istifadə edilməsi məsələləri müzakirə edilib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasi, və Mərkəzi Bankın əməkdaşlarının da iştiraki ilə keçrilən görüşdə ölkə bələdiyyələrinin yerli vergi və ödənişlərin  ödənilməsi proseslərində şəffaflığın, hesabatlılığın tam təmin olunması barədə  fikir mübadiləsi aparılıb. 26 Bankın  nümayəndələrinin  iştirak etdiyi onlayn görüşdə bələdiyyə ödənişlərinin yalnız HÖP vasitəsilə aparılması imkanları müzakirə edilib.  "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" MMC-nin direktoru Adil Əhmədov bildirib ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədilə bütün ödənişlərin HÖP üzərindən həyata keçrilməsi bu sahədə şəffaflığı artıracaq.  Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov banklarla əməkdaşlığın daha effektli və bu sahədə birgə marifləndirmə tədbirlərinin təşkil edilməsinin zəruriliyini vurğulyıb.                                                                                               Daha sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaların  nümayəndəsi, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli bildirib ki, ölkə ərazisində 1606 bələdiyyəni təmsil edən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin  düzgün qurulması onların maliyyə imkanlarının kifayət qədər gücləndirməsinə şərait yaradacaq. Bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi bələdiyyələrin normal fəaliyyətinin təşkili üçün vacib şərtlərdəndir. Bu məqsədlə milli assosiasiyalar tərəfindən Prezident Administrasiyasının dəstəyi ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) yaradılmış və ölkə bələdiyyələrində tətbiqinə başlanılıb. Görüşdə Dövlət başçısının “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-da bələdiyyələrin gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi tədbirinin icrası ilə əlaqədar icra olunmuş məsələlərə toxunulub. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi İsrafil Mustafayev qeyd edib ki, bütün bələdiyyə ödənişləri vahid portal yəni HÖP üzərindən aparılması həm də koorrupsiya hallarının qarşısını alacaq.  İşçi qaydada aparılan müzakirələrdə Azərbaycan Banklar Assosiasiyasının və Mərkəzi Bankın əməkdaşları tərəfindən müzakirə olunan məsələ ilə bağlı banklara müvafiq tövsiyələr verilib.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
01-11-2023

Üç sual üç cavab: SORUŞUN CAVAB VERƏK 

Gündəlik Xəbərlər
23-10-2023

Müstəqilliyin Bərpası Günüdür

Gündəlik Xəbərlər
18-10-2023