Saatlı bələdiyyəsində aztəminatlı ailələrlə görüş keçirilib
"Müqəddəs Qurban bayramı münasibətilə Saatlı bələdiyyəsi tərəfindən görüş keçirilib"- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov verib. Sədr bildirib ki, görüşdə bələdiyyə üzvlərinə, bələdiyyə qulluqçularına və maddi yardım üçün müraciət etmiş aztəminatlı şəhər sakinlərinə qurban payı təqdim edilib.
Görüşdə sədr çıxış edərək iştirakçıları müqəddəs bayram münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı və ailələrində əmin-amanlıq,firavanlıq arzulayıb.
Qeyd edək ki, görüşdə həmçinin bələdiyyə üzvü Mirələm Ağayev bələdiyyə üzvlərini, əməkdaşları təbrik edib.
Görüşdə iştirka edən şəhər sakini Təranə Musayeva çıxışında rəhbərliyə təşəkkürünü bildirərək bu bayramın müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb, belə aksiyaların davamlı olmasını arzulayıb.
Daha sonra icma sakinlərinin fikirləri dinlənilib və xatirə şəkli çəkilib.
Belediyye.info
Rəylər
0 Rəy