Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2026 , 22:55

77

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qarabağ regional ədliyyə idarəsi tərəfindən bələdiyyə nümayəndələri üçün seminar keçirilib


Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçuları üçün onların müraciəti əsasında seminar təşkil olunub.

Onlayn formatda keçirilən tədbirdə vergi və sosial sığorta borclarının idarə olunması məsələləri müzakirə edilib. Xüsusilə, 2025-ci ildə həyata keçirilmiş birləşmə prosesi nəticəsində yeni formalaşmış bələdiyyələrə keçirilən və ötən ay müvafiq elektron informasiya sistemində əks etdirilən borcların idarə olunması, bu borcların yaranma səbəblərinin araşdırılması və şişirdilməsinin qarşısının alınması, vaxtı keçmiş borcların müəyyən edilməsi və silinməsi ilə bağlı ətraflı məlumat verilib. Həmçinin faizlərin izlənməsi, zəruri hallarda faiz hesablanmasının dayandırılması üzrə tədbirlərin görülməsi və borclarla bağlı digər məsələlərdən bəhs edilib.

Seminar iştirakçıları borcların idarə olunması üçün maliyyə institutlarının imkanlarından istifadə, maliyyələşdirilə bilən sənədləşmənin aparılması, prudensial tələblərə cavab verən maliyyə idarəçiliyinin bələdiyyələrdə qurulması, faizsiz (güzəştli) müddətlərdən yararlanma imkanları barədə məlumatlandırılıblar.

Bununla yanaşı, büdcə prosesi çərçivəsində dövlət büdcəsindən maliyyə dəstəyi üçün müraciətlərdə vergi və sosial sığorta borcları ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılması və arqumentlərin düzgün təqdim olunması məsələlərinə də toxunulub.

Verilən suallar ətraflı cavablandırılıb.

Tədbirdə 22 bələdiyyə nümayəndəsi və qulluqçusu iştirak edib.

https://belediyye.gov.az/news/qq-2026



Rəylər

0 Rəy


Rəy yaz