Gəncə şəhərində Nizami bələdiyyəsi tərəfindən uşaq-əyləncə mərkəzi istifadəyə veriləcək
Gəncə şəhəri
Nizami bələdiyyəsinin
inzibati ərazisindəki “Azərbaycan bayrağı” küçəsində uşaq-əyləncə mərkəzi inşa edilir.
Belediyye.info
xəbər verir ki, uşaq-əyləncə mərkəzində
tikinti işlərinə start
verilib. Uşaq-idman mərkəzində yelləncəklər,
ziqzaqla sürüşmə qurğusu, paralel yollar, stolüstü oyunlar artıq balacaların
ixtiyarına veriləcəkdir. Mərkəzdə, həmçinin miniidman meydançası olacaq, burada
müasir işıqlandırma sistemi quraşdırılacaq.
Nizami bələdiyyəsi tərəfindən həyata keçirilən layihənin yaxın günlədrdə istifadəyə veriləcəyi gözlənilir.