Qoşqar Məmmədov: “ Nizami Bələdiyyəsi ərazidə sakinləri narahat edən hər bir məsələnin həllinə həssaslıqla yanaşır və qaldırılan məsələlərin operativ həllinə çalışır”
“Gəncə şəhəri Nizami Bələdiyyəsi daim vətəndaş müraciətlərini diqətdə saxlayır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qoşqar Məmmədov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla şəhərin Mirzə Şəfi Vazeh küçəsinin ara yollara xüsusi texnika vasitəsilə çınqıl daşınıb tökülərək hamarlanıb. Bununla da avtomobillərin rahat hərəkəti təmin edilib.
Bununla yanaşı Gəncə Şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə Gəncə şəhərinin 4 saylı qəbirstanlığında təmizlik və təmir-bərpa işləri aparılıb. Şəhərdə baş verən şiddətli küləyin qəbirüstü abidələr üzərində törətdiyi fəsadın aradan qaldırılması məqsədilə dərhal xüsusi qrup yaradılmışdır. Qrup üzvlərinin fəaliyyəti sayəsində həm küləyin yaratdığı fəsadlar aradan qaldırılmış, həm ərazi zibillikdən təmizlənmış, qurumuş ağaclar və kollar kəsilərək ərazidən daşınmışdır.
Gəncə şəhəri Nizami bələdiyyəsi ərazidə sakinləri narahat edən hər bir məsələnin həllinə həssaslıqla yanaşır və qaldırılan məsələlərin operativ həllinə çalışır.
Belediyye.info