Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2024 , 19:16

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Bələdiyyələrin təşkilatçılığı ilə Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib

10 May 2024-cü il tarixində  Gəncə Ekoloji Park Kompleksinin ərazisində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Nizami Bələdiyyəsi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə  müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bu aksiyanın əsas məqsədi məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir. 

Qeyd edək ki, hər bələdiyyə tərəfindən  101 ədəd Xan çinarı əkilib.