Ötən il Gəncə bələdiyyələri əmlak vergisini həcmini 17.4 faiz artırıb
Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə
Gəncə şəhərində formalaşan 3 bələdiyyənin büdcə gəliri 1.578.900 manat olub. Bu
2022-ci llə müqayisədə 21.1 faiz çox deməkdir. Yəni 2022 –ci ildə
üç bələdiyyənin birgə
büdcə gəliri 1.303.400 manat olub.
Əldə
edilən gəlirin 39.2 faizi vergilərdən, 60.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
12.3 faizi torpaq, 26.9 faizi əmlak vergisindən daxil olub.
Gəncə
bələdiyyələrinin büdcə gəlirinin 48.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən daxil olub. İl ərzində bələdiyyələrə 118.800
manat dotasiya ayrılıb. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində
avtodayanacaqlardan 28.600 manat,
mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 1600 manat, bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən,
bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti
daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy