Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-01-2024 , 17:01

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “Sön beş il ərzində  804842 manat həcmində əmlak vergisi toplamışıq”

“2023-cü ildə Gəncə şəhəri Nizami bələdiyyəsi 194.884 manat həcmində  əmlak vergisi toplayıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qoşqar Məmmədov bildirib.

Sədrin sözlərinə görə, 2019-cu illə müqayisədə bələdiyyə əmlak vergisinin həcmini 18.3 faiz artırıb. Əlavə edim ki, 2019-cu ildə Nizami bələdiyyəsi 164.730 manatlıq əmlak vergisi toplamışdı.

Ümumilkdə isə sön beş il ərzində bu maliyyə istiqamətindən  804.842 manat həcmində əmlak vergi toplamışıq.

Bələdiyyənin vergi xidməti və kollektivi  vergi ödəyiciləri arasında maarifləndirmə işlərini yorulmadan aparır. Ancaq bütün fəaliyyətə baxmayaraq bu sahədə çoxsayllı sənədsiz, hüquqi  statusu bəlli olmayan əmlakın olması büdcə gəlirlərinə də öz təsirini göstərməkdədir.

Əgər sənədsiz əmlakın sənədləşdirilməsi sürətləndirilmiş olsa, mövcud sahədə olan maneələr  aradan qaldırılmış olsa, büdcə gəlirləri də yarıbayarı artmış olar ki, bu da öz növbəsində vətəndaş müraciətələrinin həllini sürətləndirmiş olar. Bununla yanaşı icraata yönəldilmiş müraciətlərin icrasının vaxtında təmin edilməsi də büdcə gəlirlərinə müsbət təsir edən amillərdəndir.

Sədr bildirib ki,  bələdiyyə büdcəsinə daxil olan hər manat nəticə etibaryilə vətəndaşın problemlərinin həllinə yönəldilir.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz