Ümummilli Lideri Heydər Əliyevlə bağlı yeni kitab işıq üzü görüb
Ümummilli Lideri Heydər Əliyevlə bağlı yeni kitab işıq üzü görüb
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə bağlı yeni kitab işıq üzü görüb. Bu barədə məlumat Gəncə şəhəri Nizami Bələdiyyəsindən daxil olub.
Gəncə şəhəri Nizami bələdiyyəsinin maliyyə dəstəyi ilə işıq üzü görən “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” adlı kitabın müəllifi Anar Bürcəliyevdir.
Kitabda Ulu Öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyi istiqamətində yürütdüyü siyasət, bu siyasətin nəticələri hərtərəfli təhlil olunub, ətraflı şəkildə araşdırılıb.
Nəşrdə Ümummilli Liderin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın xilası və bunun tarixi-siyasi əhəmiyyəti ilə bağlı da qiymətli fikirlər yer alıb.
Belediyye.info
Rəylər
0 Rəy