Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-12-2023 , 21:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Gəncə şəhərində  “Hüquqlarını bilməlisən” şüarı altında tədbir keçirilmişdir

 


08.12 2023-cü il tarixində Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində “Hüquqlarını bilməlisən” şüarı altında tədbir keçirilmişdir.

Bildiyiniz kimi, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir.

Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə paytaxt və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapmışdır.

Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start vermişdir.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi Rafiq Mahmudov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbihi Abbasov, "Təmas "Regional İnkişaf İctimai Birliyinin təsisçisi Kubra Ələkbərova

Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının İnsan resursları üzrə menecer Natəvan Abbasova, çıxış edərək mövzu haqqında öz dəyərli fikirlərini bölüşmüşdür.

Qeyd edək ki, bu tədbirdə 180 nəfərdən çox tələbələ iştirak etmişdir.

Rəylər

0 Rəy


Rəy yaz