Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-12-2023 , 23:07

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Tədbir Gəncə şəhər Nizami Bələdiyyəsinin gender əsaslı komissiyasının təşkilatçılığı ilə keçirilib


 Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə Gəncə Dövlət Universitetində "Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması ” adlı tədbir keçirilmişdir. 

Bildiyiniz kimi, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir.   

 Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə  paytaxt  və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq  qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapmışdır. 

Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start vermişdir.

Tədbirdə Gəncə Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Beynəlxalq Xəstəxanasının  Endekrinoloqu  Dr.Şəhla Verdiyeva, Gəncə Beynəlxalq Xəstəxanasının  Cərrah Mama-Ginekoloq Uzm.Dr.Aygün Altun çıxış edərək mövzu haqqında öz dəyərli fikirlərini bölüşmüşdürlər.

 Qeyd edək ki, bu tədbirdə 180 nəfərdən çox tələbələ iştirak etmişdir.

Ev sahibliyi edən GDU-in rəhbərliyinə hörmətli Professor Yusif Yusibova, dəvətimizi qəbul edən dəyərli qonaqlarımıza və əziz tələbələrimizə öz minnətdarlığımızı bildiririk!


Rəylər

0 Rəy


Rəy yaz