Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2023 , 19:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +
 Gəncə şəhərində "Qadına qarşi şiddətə son”  şüarı altında  tədbir keçirilmişdir

Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Beynəlxalq Xəstəxananın dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində  "QADINA QARŞI ŞİDDƏTƏ SON”  şüarı altında  tədbir keçirilmişdir.

Bildiyiniz kimi, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir.   

Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə  paytaxt  və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq  qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapmışdır. 

Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlərin keçirilməsinə start vermişdir.

Tədbirdə Gəncə Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru  Aidə Qasımova, Gəncə şəhər  Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin nümayəndəsi Tural Eldarov,  Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının  Terapevt – Endekrinoloqu  Şəhla Verdiyeva,  “Təmas”  İctimai Birliyi nümayəndələri Südabə Məmmədova, Kubra Ələkbərova çıxış edərək mövzu haqqında öz dəyərli fikirlərini bölüşmüşdürlər.


Rəylər

0 Rəy


Rəy yaz