Görülən tədbirlərin nəticəsi olaraq bələdiyyəmizdə bir çox sahədə müəyyən irəliləyişlərə nail olunmuşuq
Ulu öndər Heydər Əliyevin uğurlu, praqmatik siyasi kursunun müxtəlif
sahələrdə,o cümlədən, gender mədəniyyəti sahəsində tətbiq etdiyi qadınların
aktiv şəkildə idarəçilik sahəsində iştirakı və təmsilçiliyi bu gündə davam etməkdədir.Artıq
20 ildir ki, bu siyasi kursun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi
siyasi, iqtisadi, mədəni, elmi, ictimai sahələrdə inkişaf edən dinamika öz töhfəsini verməkdədir.Təsadüfi
deyilki sonuncu bələdiyyə seçkilərində ölkə üzrə bələdiyyə üzvləri arasında
qadınların sayı 39 % təşkil edir.
Hal-hazırda Azərbaycan Respublikasında müxtəlif sahələrdə qadınların
təmsilçiyinin bir nümunəsi olaraq təmsil etdiyim Bibiheybət bələdiyyəsinə bələdiyyə
seçkilərinin 5-ci çağırışında namizədliyimi irəli sürmüşəm, 21 yanvar 2020-ci
il tarixindən Bibiheybət bələdiyyəsinə sədr seçilmişəm və bugünədək məqsədim bələdiyyə
üzvləri ilə bərabər bələdiyyənin inzibati ərazisində sakinlərin etimadını
doğrultmaq istiqamətində lazimi səviyyədə ciddi addımlar atmaqdan ibarətdir.
Pandemiya daha sonra Vətən müharibəsi dövrlərinə təsadüf edən səlahiyyət
müddətimizin ilk illərində yaranan sosial məsələlər, ekoloji – iqtisadi, büdcə
ilə bağlı problemlərlə qarşımıza çıxan çətinliklər Ədliyyə Nazirliyi Bələdiyyələrlə
İş Mərkəzinin daimi təklif və tövsiyələrinə riayət edərək aradan qaldırılmağa
çalışılmış və növbəti illərdə qeyd olunan istiqamətlərdə əvvəlki bələdiyyə fəaliyyəti
ilə müqayisədə əsaslı irəliləyişlər olmuşdur.Belə ki, 2020-2023 illər ərzində
Bibiheybət bələdiyyəsinin vergi ödəyicilərinin sayı və büdcə gəlirləri əvvəlki dövrlərlə müqayisədə
5 dəfə artmışdır.
Qeyd etmək istəyirəm ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi
tərəfindən bələdiyyələrlə davamlı metodoloji iş aparılaraq yerli vergilərin
uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması ilə bağlı
metodik vəsaitlər, tövsiyələr hazırlanıb bələdiyyələrə göndərilir, o cümlədən,
bələdiyyə üzvlərinə və qulluqçularına müvafiq təlimlər və seminarlar keçirilir.
Görülən tədbirlərin nəticəsi olaraq bələdiyyəmizdə bir çox sahədə müəyyən irəliləyişlərə,
yerli büdcə gəlirlərinin artımına nail olunmuşdur.
Həm ərazi ölçüsü, həm əhali
sayına görə Səbail rayonunun kiçik qəsəbəsində
2020-ci ildə bələdiyyənin ümumi gəlirləri 11208 manat idisə, 2021-ci ildə 2022
ci ildə 31170 manat, 2023-cü ilin 10 ayı
ərzində isə 26753 manatadək artmışdır.O cümlədən, büdcənin əsasını təşkil edən
yerli vergilər 2020-ci ildə 5310 manat təşkil
edirdisə, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin daimi təklif və tövsiyələrinə
riayət edərək, yeni vergi obyektləri vergiyə cəlb olunmuş, ötən illər üzrə
borclar yığılmış 2022-ci ildə bu məbləğ 2 dəfə artaraq, 10724 manata
çatdırılmışdır.2023-cü ilin 10 ayı ərzində isə yerli vergilər üzrə gəlirlər
7450 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin artımı ilə əlaqədar təbii olaraq, xərclər üzrə də
artımlar müşahidə olunur..Belə ki, Bibiheybət qəsəbəsində ictimai-sosial məsələlərin
həlli istiqamətində 2020-ci il üzrə 3420 manat , 2021-ci il üzrə 3854 manat,
2022-ci il üzrə 14914 manat, 2023-cü ilin hazırki dövrünədək bu göstərici 12200
manat artırılmışdır.O cümlədən, 2020-2023 illər ərzində vətəndaşların müraciətlərinə
əsasən təmir-bərpa, abadlıq-quruculuq işləri, eyni zamanda Qarabağ müharibəsi şəhidin
qəbirüstü abidəsinin bərpası və abadlığı ilə bağlı bir sıra işlər görülmüşdür.
Bildiyimiz kimi, ölkəmizdə vətəndaşlara xüsusən şəhid ailələrinə eləcədə Qarabağ qazilərinə,Vətən
müharibəsi iştirakçılarına diqqət və qayğı sosial siyasətin prioritetlərindəndir.Ölkənin
bütün sahələrində fəaliyyətlərin əsasını təşkil edən bu prioritet Bibiheybət bələdiyyəsində
də aktualdır.Bibiheybət bələdiyyəsinin fəaliyyət istiqaməti-ümumən vətəndaşların,
xüsusən şəhid ailələrinin, Qarabağ qazilərinin, müharibə iştirakçılarının, əlillərin,
qüsurlu, şikəst, təkvalideynli və valideynləri olmayan uşaqların, həmçinin aztəminatlı
ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında
həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması istiqamətində təşkil
olunub.Bələdiyyə tərəfindən qeyd olunan ailələr mütəmadi ziyarət olunur, onların
problemlərinin operativ şəkildə həlli istiqamətində tədbirlər görülür, bayram və
özəl günlərində maddi və ərzaq yardımlarla təmin olunuraq daim diqqətdə
saxlanılır.
Bundan başqa qəsəbədə aparılan abadlıq-bərpa işləri, müraciətlərə əsasən
sakinlərin evlərində tərəfimizdən görülən kiçik təmir, bərpa işləri, vətəndaşların
gündəlik qəbulları, səyyar qəbullar, mədəni-kütləvi tədbirlər, bələdiyyə tərəfindən
görülən bütün işlərin məlumatlarının, istər altıaylıq istərsədə illik
hesabatların vətəndaşlara çatdırıması, sakinlərin məlumatlara əlçatanlılığın təmin edilməsi, şəffaflığın
təqdim olunması bir sözlə bütün istiqamətlərdə qanunvericiliyin tələblərinə əməl
olunması Bibiheybət bələdiyyəsinin daim diqqətdə saxladığı məsələdir.
Səbail bələdiyyələri olaraq, vahid bir hücrələr kimi öz səyimizi birləşdirərək,
qalib ölkəmizə və xalqımıza xidmət göstərmək məqsədilə öz öhdəmizə düşən vəzifələri
layiqincə həyata keçirməyə davam edərək, əminəmki, biz üzümüzə gələn növbəti
illərdə də müsbət statistikaların şahidi olacağıq.
Validə Həsənova
Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri
Rəylər
0 Rəy