Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-08-2023 , 15:50

963

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Elmi-Praktik Məsələlər
- +

Şuşa rayonunda 2023-cü ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı işlərinin gedişi haqqında

Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

Şuşa rayonu üzrə 2023-cü ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2023-cü ilin məhsulu üçün 01 yanvar 2023-cü il vəziyyətinə 2306,8 hektar sahədə şumlama işi aparılmış, ondan 744,9 hektarında buğda, 1232,8 hektarında arpa, 112,6 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 549,1 hektar buğda sahəsi və 561,6 hektar arpa sahəsi olmuşdur.

2023-cü ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 10,8 hektar sahədə dən üçün qarğıdalı, 67,9 hektar sahədə tərəvəz, 2,7 hektar sahədə kartof, 15,8 hektar sahədə isə yazlıq yonca və 82,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri (52,0 hektar yemiş, 30,0 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2023-cü ilin məhsulu üçün 1473,1 hektar əkin sahəsi vardır. Bunun 1223,3 hektarı payızlıq, 179,2 hektarı yazlıq və 70,6 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir.

 Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır. 

2022-ci ildə 2038,0 hektar, bu il isə 1121,5 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 916,5 hektar, yəni 55,0 faiz  azalmışdır. 

2022-ci ildə 154,5 hektar, bu il isə 152,6 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 1,9 hektar, yəni 1,2 faiz  azalmışdır.

2022-ci ildə 77,8 hektar, bu il isə 112,6 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən  34,8 hektar, yəni 44,7 faiz artmışdır.

2022-ci ildən qalma 70,6 hektar və yeni əkilmiş 15,8 hektar yonca sahəsi olmaqla, cəmi 86,4 hektar yonca sahəsi vardır.

2022-ci ildə 142,9 hektar, bu il isə 86,4 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 56,5 hektar, yəni 39,5 faiz  azalmışdır. 

01 iyul 2023-cü il tarixinə rayon üzrə 549,1 hektar buğda sahəsindən 207,0 hektarında məhsul yığımı aparılmış və 5094,4 sentner məhsul əldə edilmişdir.

01 iyul 2023-cü il tarixinə rayon üzrə 561,6 hektar arpa sahəsindən 449,0 hektarında məhsul yığımı aparılmış və 9748,0 sentner məhsul əldə edilmişdir.

01 iyul 2023-cü il tarixinə heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında 4767 baş iribuynuzlu mal-qara, o cümlədən 2321 baş inək və camış, 35057 baş qoyun və keçi mövcud olmuşdur.

 01 iyul 2023-cü il tarixinə mövcud olan mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 149 baş, o cümlədən inək və camışların sayı 102 baş, qoyun və keçilərin sayı isə 1268 baş az olmuşdur.

Hesabat dövrünə rayon üzrə ət istehsalı 1995,0 sentner (diri çəkidə), süd istehsalı 12427,0 sentner, yumurta istehsalı 635,0 min ədəd, yun istehsalı isə 540,0 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 7,0 sentner, yəni 0,4 faiz çox, süd 2,0 sentner, yəni 0,02 faiz çox, yumurta 7,0 min ədəd, yəni 1,1 faiz çox, yun 60,0 sentner, yəni 12,5 faiz çox olmuşdur.

2023-cü  ilin yanvar- iyun aylarında  kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 3330,5  min manat, yəni keçən ilin müvafiq dövrünə nisbətən 23,9 faiz çox olmuşdur. 

Asəf Mikayılov 

Şuşa Rayon Statistika İdarəsinin   rəis müavini

Rəylər

0 Rəy


Rəy yaz