Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2023 , 16:10

879

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

TƏSADÜFÜN YARATDIĞI REALLIQLAR

Nərimanov RİH başçısının səyyar görüşü haqqında

Biz mütəmadi olaraq, millət vəkillərinin, xüsusəndə rayon icra hakimiyyəti başçılarının vətəndaş qəbullarında, səyyar görüşlərində iştirak etməyə çalışırıq. Məqsədimiz isə hər daim bu prosesi yaxından izləməklə görüşlərə yeni abu-havanın qatılması üçün öz təkliflərimizi vermək olur.   Bununla bağlı əlaqələrimiz vasitəsiylə müəyyən mənada xəbər tutduğumuz görüşlərdə iştirak edərək sonradan öz mülahizələrimizi bölüşürük. Bir çox hallarda  isə icra hakimiyyətlərində çalışan məmurlar bu məlumatları o qədər məxfi saxlayırlar ki,  səyyar görüşlər haqqında hər hansı bilgi əldə etmək belə bəzən mümkün olmur.  Görüşlərin məxfi saxlanılmasında isə məqsəd aydındır. Nə isə, mətləbə keçək.

Nəsimi RİH başçısının 8 saylı tam orta məktəbin akt  zalında keçirdiyi görüşə vaxtında çatsamda, görüşün  on dəqiqə əvvəl başlaması səbəbindən  zala daxil olub ayaqüstə qalmaq istəmədiyimdən görüşdə iştirak etmədim.

Ancaq Nərimanov RİH  başçısının vətəndaş qəbulunda təsadüf nəticəsində iştirak edə bildim. Belə ki, internetdə RİH saytlarında xəbərləri izləyərkən Nərimanov RİH-in saytında belə bir elana rast gəldim. Elanda yazılırdı ki,  Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə Nərimanov rayonu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyində səyyar qəbul keçirəcək. Qəbul hər kəs üçün açıqdır.

Açıq etiraf edim ki, bəlkə də Bakı rayonları arasında  ilk dəfə idi ki rayon icra hakimiyyətinin saytında belə bir elana rast gəlirdim. İnanmasamda, yoxlamaq üçün həmin ünvana yollandım. Hər kəs ciddi şəkildə səyyar görüşə hazırlaşırdı. Bu məqamda icra başçısı da gəldi. Xoş təsadüfdən zala onunla birlikdə daxil olduq.

Bu arada bir haşiyə çıxım ki, bundan əvvəl Sabunçu və Xəzər RİH başçılarının səyyar görüşlərində iştirak etmişdim.  Bununla bağlı fikirlərimi ayrıca yazıda qeyd etdiyimdən bir məqamı təkrar qeyd edim ki, iştirak etdiyim görüşlərdə yalnız Sabunçu RİH başçısının səyyar görüşü diqqətimi çəkmişdi. Həmin vaxt bir yerli məmurun yersiz hərəkətini çıxsaq görüş demək olar ki alınmışdı. İcra başçısı Adil Vəliyev   məmur-vətəndaş arasında sanki bir səmimiyyət körpüsü yarada bilmişdi. Səbr və təmkinlə iki saatdan artıq bir vaxtda ayaqüstə vətəndaşı dinləmək və onun probleminin həllinə heç olmasa necə can yandırdığını qiymətləndirmək lazımdır. Sözsüz ki, iştirak etdiyim və haqqında eşitdiyim görüşlərdən yalnız Sabunçu RİH-in keçirdiyi səyyar qəbul steriotipdən uzaq bir görüş idi. Onu da etiraf edim ki, bəzən səyyar görüşə gələn bəzi  icra başçıları saatlarla giriş nitqi söyləməklə iştirakçıları da bezdirir. Özü də görüşlərdə təkrar-təkrar eyni fikirlərin səsləndirilməsi hətta ətrafdakıları da, üzə vurmasalarda,  narahat edir.  Nə isə, mətləbdən keçim.

İndi  isə Nərimanov RİH başçısının görüşündə diqqətimi çəkən məqamlara toxunum. Sözsüz ki, hər bir halda görüşə ciddi hazırlığın olması göz onündə idi. Bir saata yaxın davam edən görüşdə 25 nəfər vətəndaşın problemi dinlənildi. Bu müddət ərzində ayaqüstə dayanan siyasi rəhbər ortaya bir səmiyyət qoya bildi. Üç vətəndaşın kövrək notlara söykənən probleminə daha həssaslıqla yanaşması da diqqətimdən yayınmadı. Yaşlı bir oğul 105 yaşlı anasının problemini danışarkən ona “toxtaxlıq” verilməsi, üstəlik rayonun ən yaşlı sakininin ad gününün nə vaxtı olacağını sözarası soruşması isə lap yerinə düşdü. Sakinin probleminin həll ediləcəyini bildirən icra hakimiyyətinin başçısı ahıl xanımın ad gününü birgə qeyd ediləcəiyini dilə gətirməsi isə 80 yaşlı oğulu lap kövrəldti.

Görüşdə diqqətimi çəkən ikinci məqam isə icra başçısına edilən müraciətlərin  bəzi RİH başçılarından fərqli olaraq rayon bələdiyyəsinin üzərinə yönləndirməməsi oldu.

Hər halda vətəndaşların görüşdən məmnun şəkildə ayrıldğının şahidi oldum.

Beləliklə, bu  mənim iştirak etdiyim artıq üçüncü görüş idi.  Bu qənaətə gələ bilərəm ki, siyasi rəhbər və onun komandası yerindədirsə, vətəndaşın qaldırdığı problemlərin dinlənilməsi və  problemlərin həlli yollarının axtarılması sonda rayon haqqında ictimai rəyin  müsbət yöndə formalaşmasına və nəticədə isə ümumən  vətəndaş məmnunluğunun təmin edilməsinə təsir etmiş olur.  Vətəndaşı dinləməklə, ortaya bir səmimiyyət qoymaqla biz həm də öz işmizi yüngülləşdirməyə çalışmalıyıq.

Biz bu görüşdə məhz bu səmimiyyətin şahidi olduq.

 Vüqar Tofiqli