“Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz işlərlə hər zaman doğrultmaya çalışacağıq”
(2023-cü ilin 6 ayı ərzində Keşlə bələdiyyəsinin gördüyü işlər
barədə hesabat)
Keşlə bələdiyyəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Fərman və Sərəncamlarına, yerli özünüidarəetməyə dair Qanunlara,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrinə
uyğun olaraq fəaliyyət göstərir.
“Heydər Əliyev İli” çərçivəsində Keşlə bələdiyyəsinin təşəbbüsü
və iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir. Bunlardan bir neçəsini nəzərinizə
çatdırıram.
Mart ayının 11-də Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti
və YAP Nizami rayon təşkilatı ilə birlikdə rayonun Mikayıl Əliyev küçəsində
ağacəkmə kompaniyası keçirilmiş, eyni zamandaKeşlə bələdiyyəsinin təşəbbüsü ilə
qəsəbədə olan 4 məktəbin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil
olunmuşdur.
29 aprel rayon və qəsəbə məktəblilərinin “Çinar Plasa”da
keçirilən şahmat turnirində qalib gələnlər mükafatlandırılmışdır.
25 may qəsəbədəki 201 saylı tam orta məktəbdə “Heydər Əliyev
İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”
mövsuzunda ziyalılarla görüş keçirilmişdir. “Heydər Əliyev İli” çərçivəsində
1 iyun Uşaqların Müdafiə günü ilə əlaqədar YAP fəalları ilə birlikdə şəhid
uşaqlarına və ailələrinə bayram sovqatı aparılmışdır.
12 iyun “Heydər Əliyev İli” çərçivəsində YAP Nizami rayon təşkilatı
və Keşlə bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbədəki 328 saylı tam orta
məktəbdə qəsəbədəki 4 məktəbin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin
100 illiyinə həsr olunmuş şahmat turniri
keçirilib və qaliblər Keşlə bələdiyyəsi tərəfindən mükafatlandırılmışdır.
Novruz, Ramazan və Qurban bayramlarında şəhid ailələri,
qazilər, əlillər və imkansızlara Keşlə bələdiyyəsi tərəfindən öz daxili
imkanlarımız hesabına büdcədənkənar ərzaq məhsulları alınmış, lakin digər ərzaq məhsulları (toyuq
və sümüksüz mal əti) bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılaraq alınıb
paylanılmışdır. Belə ki, Novruz bayramında 131 nəfərə, Ramazan bayramında 133 nəfərə,
Qurban bayramında isə 130 nəfərə ərzaq
yardımı verilmişdir.
2023-cü ilin yanvar ayında 1 nəfər imkansız sakinə 150
manat, 2 nəfər Vətən müharibəsi iştirakçısına hər birinə 150 manat, cəmi 450
manat; fevral ayında 1 nəfər imkansıza 150 manat, şəhid anasının həyat
yoldaşının vəfatı ilə əlaqədar 250 manat, cəmi 400 manat; mart ayında 1 nəfər Vətən
müharibəsi iştirakçısına 100 manat, 1 nəfər əlilə 100 manat, 2 nəfər imkansıza
hər birinə 150 manat, 1 nəfər imkansıza 100 manat, 2 nəfər Vətən müharibəsi
iştirakçısına hər birinə 150 manat, cəmi 900 maddi yardım verilmişdir.
2023-cü ilin may ayında 1 nəfər imkansız sakinə 150 manat
maddi yardım verilmişdir; iyun ayında 1
nəfər imkansıza 100 manat maddi yardım verilmişdir.
2023-cü ilin yerli büdcəsinin icrası haqqında yarımillik
maliyyə hesabatını nəzərinizə çatdırıram. Belə ki, 2023-cü ilin 6 ayı ərzində bələdiyyənin gəliri
99306 manat olmuşdur: ondan torpaq vergisi 23377 manat, əmlak vergisi 75121
manat, icarə haqqı 608 manat, digər gəlirlər 200 manat olmuşdur. 2023-cü ilin
yanvar ayının 1-nə qalıq 29977 manat olmuşdur.
2023-cü ilin 6 ayı ərzində cəmi xərclər 128003 manatdır:
yerli özünüidarəetmə orqanının saxlanması xərcləri 71760 manat; təsərrüfat məqsədləri
üçün malların, inventar və avadanlıqların, dəftərxana ləvazimatlarının, yanacaq
və sürtkü materiallarının alınmasına 1050 manat, kommunal və kommunikasiya xidmətlərinin
ödənilməsinə 2284 manat, ümumilikdə malların alınması və xidmət haqlarının ödənilməsinə
3334 manat; sair xərclər 19976 manat
(xidməti müqavilə ilə işləyənlərə ödənilən xidmət haqları); sosial
yardımlar 2804 manat (sakinlərə verilən maddi yardım 1425 manat, Novruz,
Ramazan və Qurban bayramlarında şəhid
ailələrinə, qazilərə, əlillərə
və imkansızlara alınan ərzaq yardımı (toyuq və sümüksüz mal əti) 1379
manat); təhsil xərcləri 1300 manat (inşa yazı müsabiqəsində qalib gələn qəsəbə
məktəblərinin şagirdlərinin mükafatlandırılması 450 manat, “Heydər Əliyev İli”
çərçivəsində məktəblilərin Heydər Əliyev muzeyinə ekskursiyası 250 manat, “Heydər
Əliyev İli” çərçivəsində məktəblilərin şahmat turnirində qalib gələnlərin
mükafatlandırılması 600 manat) ; mədəni-kütləvi bayram tədbirlərinin təşkili, mədəniyyət,
incəsənət, informasiya, bədən tərbiyəsi
və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclər 1755 manat (Azərbaycan Gəncləri
Günü münasibətilə Vətən müharibəsi qazilərinə hədiyyə 250 manat, ad günü olan Vətən
müharibəsi iştirakçılarına xatirə hədiyyələrinin verilməsi 900 manat, qəzetlərə
abunə 605 manat); abadlaşdırma 4000 manat (Keşlə qəsəbəsində yerləşən 328 №-li
tam orta məktəbin həyətində 2 ədəd besedkanın quraşdırılmasına 2220 manat, qəsəbədə
yerləşən 1941-1945 parkında 5 ədəd skamyanın qoyulmasına 1780 manat); ümumilikdə
yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi
üçün xərclər 9859 manat; digər xərclər
23104 manat (o cümlədən QBMA üzvlük
haqqı 750 manat, bağbanlara xidmət haqqı 4400 manat, qazanxananın təmirinə 3000
manat, bank xidmətinə 4309 manat, işçilərə verilən maddi yardım 3000 manat,
1941-1945 parkında təmizlik işləri üçün süpürgə alınmasına 300 manat, Türkiyədə
baş verən güclü zəlzələdən zərərçəkənlərə kömək üçün 2500 manat, 8 mart Beynəlxalq
Qadınlar günü münasibətilə qadın bələdiyyə üzvlərinə mükafat 300 manat, audit
yoxlama xidmət haqqı 3080 manat, görülmüş işləri təqdim etmək üçün bukletlərin
hazırlanmasına 354 manat, şəhidin məzarı üstünə qoymaq üçün əklil alınmasına
240 manat, kartriclərin doldurulmasına 71 manat, ərzaq üçün paket alınmasına
200 manat, Novruz bayramı tədbirlərinə 600 manat).
2023-cü ilin 6 ayı ərzində 20 iclas keçirilmiş, 70 məsələ
müzakirə olunmuşdur. İclaslar protokollaşdırılmış, qaydaya müvafiq şəkildə Bələdiyyələrlə
İş Mərkəzinə göndərilmişdir.
Bundan başqa təhlükə yaradan, qəzalı vəziyyətdə olan
ağacların kəsilməsi ilə əlaqədar olaraq tərəfimizdən qəsəbədə müxtəlif
ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin müraciətləri, həmçinin müxtəlif təşkilatların
məktubları əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə
iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra
olunması üçün tərəfimizdən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir.
2023-cü ilin 6 ayı ərzində bələdiyyəyə 278 ərizə və 75 məktub
daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 104 məktub göndərilmiş, 58 nəfərə
arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab
verilmişdir. 25 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.
Bizə səs vermiş seçicilərimizin etimadını gördüyümüz və görəcəyimiz
işlərlə hər zaman doğrultmaya çalışacağıq. Qəsəbəmizin abadlığına, təmizliyinə,
yaşıllığına diqqəti daha da artıracağıq. Bundan sonrakı fəaliyyətimizi ölkə
Prezidenti cənab İlham Əliyevin Sərəncam və Fərmanlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində quracaq və Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələrini
işdə rəhbər tutacağıq.
Ələmdar Bafadarov
Nizami
rayonu Keşlə bələdiyyəsinin sədri
Rəylər
0 Rəy