Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Bələdiyyə parkında iməcilik təşkil edilib
Eyvaz Orucov: "“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin fəaliyyətinin 15 illiyi münasibətilə Sizi və kollektivinizi təbrik edirik"
Hümbət Hüseynov: "Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemi hesab olunursa, onun saxlanılması da..."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Azərbaycan sülh danışıqlarının təşəbbüskarıdır
Bələdiyyələr bu gün vətəndaşların səsini eşidən demokratik tribunadır
Siyavuş Novruzov: Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq
Parlamentin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
İsmayıl Rəsulov: "“Belediyye.info” öz oxucularına yalnız informasiya təqdim edən bir media orqanı deyil,..."
FİDAN FƏRZƏLİYEVA YAZIR: Belediyye.info informasiya portalının dəyərli kollektivi!

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Bələdiyyənin inzibati ərazisində ekoloji vəziyyət, o cümlədən yaşıllıqlarının vəziyyəti daim diqqət mərkəzindədir
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq
etmiş, hər ay ümumi iclaslar keçirilmiş,
iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və həmin məsələlərin
icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri,
təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən yarımil ərzində 9 ümumi iclas keçirilərək 68
qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”
Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi
Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə
həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail
olmuşdur. Əlbəttə ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər
yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və
icrasına xüsusi diqqət yetirib, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun
xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin,
Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən
hesablanır.
Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə
mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər
haqqında məlumat hər gün təhlil edilir.
Ödənilmiş vergilər və
rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara
verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. 2023-cü ilin 6 ayı ərzində
bələdiyyə büdcəsinə 71912 manat gəlir daxil olmuş, xərclər 72176 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan-torpaq icarəsindən
4500_və torpaq vergisindən- 5100_ manat əmlak vergisi- 62312 manat daxil
olmuşdur.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə
xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və
qulluqcularının əmək haqqına-20712 manat, DSMF-13386 manat, bələdiyyənin saxlanmasına- 12425 manat
, sosial yardımlar üzrə ödənişlər- 11753 manat, abadlıq, quruculuq təmir işlərinə
13900 manat xərclənmişdir.
Ərazidə hesabat
dövründə keçmiş Hövsan südçülük sovxozu, Donuzkökəltmə sovxozu, Ə.İsazadə küçəsi,
R.Əşrəfov küçəsi, N.Abbasov küçəsi, Xəqani küçəsi, Nəsimi küçəsi, Dəmiryolçular
küçəsi və sair küçələrin təmirinə və məhəllə yollarının qreyderlə
hamarlanmasına, yollara şebel tökülüb yayılmasına, abadlıq, quruculuq işlərinin
aparılmasına maliyyə vəsaiti ayrılmış, fevral ayının əvvəllərində qardaş Türkiyə
Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ ilə bağlı büdcəmizdə nəzərdə
tutulmuş sair xərclərdən yardım olunmuş, baş vermiş eyni hadisə ilə bağlı
qardaş ölkəyə yardım məqsədilə bələdiyyə
işçilərinin əmək haqlarının 10 %-i tutularaq
yardım fonduna keçirilmiş, qəsəbənin R.Məmmədhüseynov küçəsində yürləşən
39-cu binanın giriş qapılarının düzəldilməsi , 8 Mart Beynəlxalq Qadınlar
Bayramı, Novruz Bayramı, eləcə də Ramazan Bayramı və Qurban Bayramı münasibətilə
ilə əlaqədar qəsəbədə yaşayan şəhid ailələri və qazilərin təbrik olunması ilə
bağlı maliyyə vəsaiti xərclənmişdir.
Həmçinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100
illiyinə həsr olunmuş futbol turnirinin keçirilməsi, Binə bələdiyyəsinə məxsus
10 AZ 397 nömrəli “Ford-Fusion” markalı avomobil üçün surətlər qutusunun təmiri,
bələdiyyəyə yeni printerin alınması, qəsəbədə yerləşən Xristian qəbiristanlığında nəzarəti gücləndirmək
üçün kamera yerləşdirilməsi və s. işlər üçün maliyyə vəsaiti xərclənmişdir.
Ümumiyyətlə inzibati ərazidə Bələdiyyə tərəfindən yaz-yay
mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı baş verə biləcək yanğınların
qarşısının alınmasına dair də işlər təşkil olunmuşdur.
Bələdiyyənin inzibati ərazisində ekoloji vəziyyət, o cümlədən
yaşıllıqlarının vəziyyəti daim diqqət mərkəzindədir.
Məlum olduğu kimi–yaşıllıqlar vaxt keçdiqcə quruyur, hətta bəziləri
qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi
yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin
30.08.2016-cı il 321 № -li Qərarına əsasən müxtəlif tədbirlər görülür.
Xəzər rayon Binə bələdiyyəsində
vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır. Belə
ki, yarımil ərzində vətəndaşlardan
394 müraciət daxil olmuş və məsələlərə
yerində baxılmışdır.
Hesabat dövründə
ayrı-ayrı təşkilatlardan daxil olmuş 93 məktub, müraciət, sərəncam və
digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və
cavablandırılmışdır.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara
hüquqi yardım göstərilməsi də həyata keçirilir.
Bələdiyyədə 012 - 456-08-98 telefon nömrəsi fəaliyyət göstərməkdədir.
Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və
lazımi tədbirlər görülür. Bayram və qeyri-iş günləri həmin telefon nömrəsi
vasitəsilə növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə
ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri
sektor”u ilə birlikdə əhaliyə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların
çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş
var.
Qeyd edək ki, Binə bələdiyyəsi təşkilatçılığı ilə 8 mart
Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın
qulluqçuları, bayram münasibətilə təbrik olunmuşlar. 21 Mart Novruz bayramı münasibəti ilə bir sıra
tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri 2023-cü ilin yarımili ərzində
daim ziyarət edilmiş, ailə üzvlərinə bayram sovqatları təqdim edilmiş və əhalinin
həssas qrupu tərəfimizdən daim nəzarətdə saxlanılmışdır.
Xəzər rayon Binə bələdiyyəsinin inzibati ərazisində
yaşayan vətəndaşlara və media orqanlarına yarımillik hesabatı elan, internet
saytı və.s vasitələrlə çatdırır.
H.S.Həmidov
(Xəzər rayonu Binə bələdiyyəsinin sədri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2023-cü ilin birinci yarımilində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında Hesabat)
Rəylər
0 Rəy