Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-07-2023 , 19:45

752

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bələdiyyə Hesabatları
- +

Buzovna bələdiyyəsinin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib

Xəzər rayonu Buzovna bələdiyyəsi  hesabat dövrünün əvvəlində bələdiyyənin iş planı təsdiq edimiş,  hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmişdir.

Müzakirə edilmiş  məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən  ötən altı ay ərzində 13 ümumi iclas keçirilərək 40  qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

2023-cü ilin 6 ayı ərzində xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən ödənişlərin və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan ödənişlər və vergilər haqqında məlumat hər gün təhlil edilir. Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 18 məhkəmə prosseslərində Bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.   

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə  46 şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və  ödənişlər bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 7660 ev təsərrüfatı və 296 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən 7956 vergi ödəyiciləridən hesabat dövründə 4352_ ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 497  nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər,  132 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər.

2023-cü ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə 97 698 manat gəlir daxil olmuş, xərclər  98 415  manat  təşkil etmişdir.

Qeyd etmək lazımdır ki Bələdiyyələrlə İş Mərkəzindən verilən tövsiyyələrin yerinə yetrilməsi nəticəsində 2023-cü ilin 6 ayı ərzində  bələdiyyə büdcəsinin gəlirlərinin artırılmasına nail olmuşdur.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən - 24940 manat əmlak vergisi- 56346 manat, Nazirlər kabinetinin 13.05.2020-ci il tarixli 169 saylı qərara əsasən   Maliyyə Nazirliyindən 16412 manat  daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-21689 manat, DSMF-9858 manat, bələdiyyənin saxlanmasına- 11094 manat , sosial yardımlar üzrə ödənişlər- 6.250  manat, abadlıq, quruculuq təmir işlərinə 33112 manat  və  “Azsu Ekoloji Qurğu”MMC-nə 16412 manat  xərclənmişdir.

 Qəsəbə ərazisində Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.

 Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan 5 müraciət daxil olmuş, tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Xəzər  rayon Buzovna bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, 2023-cü ilin 6 ayı ərzində vətəndaşlardan daxil olmuş ümumilikdə 699  müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                         602

Maddi  yardım                                                                                                          35       

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                       6

Müraciətlərin 640  müsbət həll olunub                   

Hesabat dövründə  ayrı-ayrı təşkilatlardan daxil olmuş 140 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyədə “qaynar xətt” də (telefon 453-04-15) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyəyə hesabat dövründə 699  ərizə, 140 məktub daxil olmuşdur. Bu müddət ərzində müxtəlif idarə və təşkilatlara 205 müraciət olunmuşdur. 602 nəfər vətəndaşa müxtəlif idarə və təşkilatlara təqdim etmək üçün arayışlar verilmişdir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var. 

Buzovna bələdiyyəsinin  təşkilatçılığı ilə  “8 mart”  Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri və bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan  tənha qadınlar bayram münasibətilə təbrik olunublar. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan çoxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır. “Qurban bayramı”  ilə əlaqədar   şəhid ailələri və qaziləri ziyarət edilmiş, bayram sovqatları verilmişdir.  Ramazan ayında şəhid ailələri, qazilərə və qəsəbənin aztəminatlı ailələrə iftar süfrəsi verilmişdir.

Buzovna qəsəbəsi  Abşeron  küçəsi dalan 2 və M.A.Əliyev  küçəsinə asfalt örtüyü  yenidən çəkilmişdir. Buzovna -Mərdəkan-Qala yeni yolda əkilmiş ağacların suvarılması işləri görülmüşdür. Buzovna qəsəbəsi Dənizkənarı, Ə.Mirəhmədov (R.Axundov), Abşeron küçələrində  və Buzovna-Mərdəkan yolunun  sağ və sol tərəflərində  yerləşən bağ massivində budalanmış ağacların yığılıb daşınmışdır. Buzovna qəsəbəsi A.Rəhimov, N.Əliyev, Ə.Mirəhmədov (R.Axundov), H.Eyvazov, C.Mirzəyev, Qədəmgah, Ordubadi, M.Namazov küçələrində zibil qutularının yanında toplanmış torpaq və daşlar daşınmışdır.   Buzovna qəsəbəsinin Naxçıvan küçəsində yararsız vəziyyətdə olan yola karbonatın alınıb  yayılmışdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Qəsəbədə fəaliyyət göstərən  orta ümumtəhsil məktəbləri ilə birlikdə Buzovna bələdiyyəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki,  orta ümumtəhsil məktəblilərinin 1-6-cı sinif şagirdləri arasında  “20 Yanvar”  faciəsinin 33-cü ildönümünə həsr olunmuş  “Uşaqların gözü ilə Qara Yanvar faciəsi” mövzusunda inşa müsabiqəsi, “26 Fevral” Xocalı faciəsinin 31-ci il dönümü barədə, bu il Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qayıtdıq” adlı orta ümumtəhsil məktəb şagirdləri arasında online tədbir keçirilmişdir. 31 Mart Soyqırım Günü ilə bağlı, bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmiş, şəhidlərin həyatı haqqında hazırlanan videoçarx sosial şəbəkələrdə işıqlandırılmışdır.

2023-cü il “Heydər Əliyev” ili elan olunmuş 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının  100-cü ildönümü və  15 İyun “Qurtuluş Günü” münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

Ötən altı ay ərzində bələdiyyə tərəfindən həyata keçirilən bir sıra  layihələr Xəzər RİH-in dəstəyi ilə icra olunmuşdur.

Xəzər rayon Buzovna bələdiyyəsi  inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına 6 aylıq hesabatı elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırır.

Mətləb Əliyev

Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri              

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər