Yüklənir...
Muxax bələdiyyəsi altıaylıq hesabatı təqdim edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ümümmilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Şuşa şəhərindən xalqa müraciət etmişdir.Azərbaycan prezidenti bildirdi ki, Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi.Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir.İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə həm də müxtəlif ölkələrdə bir çox tədbirlər kecirilmişdir və keciriləcəkdir.Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.Ulu öndər Heydər Əliyevin xatirəsi Muxax bələdiyyəsi ərazisindədə yüksək səviyyədə qeyd edilmiş müxtəlif tədbirlər kecirilmiş bundan sonra da ilin sonuna qədər müxtəlif tədbirlərin kecirilməsi tədbirlər planına uyğun nəzərdə tutulmuşdur.
Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.
Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan,Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra Hakimiyyətinin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.
Bələdiyyə olaraq fəaliyyətimizi əsasən quruculuq-abadlıq, bələdiyyə ərazisində səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəliklərin ərazisini əhatə edir. Biz hər iki nümayəndəliklə birlikdə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətimizi həyata keciririk.
6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 35 ədəd ərizə daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.
Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa digər xahişi əsasən həll edilmişdir.Həyətyanı torpağın verilməsi bələdiyyəyə elektron xəritələr təhvil verildikdən dəqiq yerləri bilindikdən sonra həyata kecirilməsi nəzərdə tutulmuşdur.
6 ay ərzində 35 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış həlli mümkünsün olan müraciətlər isə əlaqədar qurumlara yönəldilmişdir.
6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 38 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.
Bələdiyyədə 2023-cü ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada aparılmışdır.Vətəndaşların ərizə və şikayətlərinə
vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.
2023-cü ilin I yarımilliyində bələdiyyənin 11 iclası olub. İclasların gündəliyinə 48 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.İclaslarda qəbul edilən qərarların icrası təmin edilmişdir.
Maliyyə imkanlarımız əsasında 2023-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.
-Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq bələdiyyənin təşəbbüsü ilə Muxax və Zəyəm məktəbliləri arasında şer müsabiqəsi təşkil edilmiş qaliblərə bələdiyyənin fəxri fərmanlar və müxtəlif hədiyyələr verilmişdir.
-Ərazidə olan Şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir,onların problemlərinin vaxtında həlli istiqamətində işlər görülür,bundan sonra da onlara edilən diqqət və qayğımız daha da artırılacaqdır.
-Ərazidə yaşayış vəziyyəti cətin,xəstəsi olan vətəndaşlarımızdan 14 nəfərə müxtəlif məbləğlərdə birdəfəlik maddi yardımlar edilmişdir.
-Bələdiyyə ərazisində olan ara yollarına cınqıl daşınaraq təmir işləri aparılmışdır.Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular alınaraq qoyulmuşdur.
-Ramazan bayramı qabağı tək-kimsəsiz cətin dolanan ailələrə birdəfəlik maddi yardımlar edilmişdir.
-2023-cü ilin iyun ayının əvvəlində baş vermiş təbbi fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həlli vacib olan işlərin görülməsi təmin edilmiş,bu işlər hal-hazırdada davam etdirilir.
-Zaqatala rayonun bələdiyyələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotbol və voleybol yarışlarında iştirak edən bələdiyyənin hər iki komandasının maliyyə məsələlərinin həllinə köməklik edilmişdir.
-Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq ərazidə ağac əkmə iməciliyi kecirilmişdir.
-Azərbaycan prospektinin işıqlandırılmasının qalan hissəsi üçün 22 ədəd led lampalar alınması təmin edilib,işçılərə xidmət haqqı ödənilib yaxın vaxtlarda yolun işıqlandırılması tam başa catdırılacaqdır.
01-01-2023 -cü il tarixə qalıq 2805.68 manat olmuşdur
GƏLİRLƏR manat
Torpaq satışından 20654.0
Torpaq vergisi 9651.51
Əmlak vergisi 3495.62
Torpaq icarəsi 6174.03
Ot satışından 927.50
Sənədləşmə 845.50
Digər ( səhv silinmiş vəsait geri qayıdıb) 160.88
Gəlirlərin cəmi 41918.04
XƏRCLƏR
İşcilərə əmək haqqına 16615.98
DSMF-na ödənib (22-15-10-3 %) 4081.31
İcbari Tibbi sığorta (2 %) 600.0
İşsizlik sığortası (05 %) 144.58
Dəftərxana ləvazimatı 434.0
Silahlı qüvvələrə 300.0
Maddi yardım şəhid ailələri,tək –kimsəsilər imkansızlar 3290.0
Dövlət bayraqları alınıb 1116.0
Rabitə xidməti-internet 270.52
Yolların təmirinə və xidmət haqqına tutulmalat 1658.45
Yollarda su kecidlərinə borular alınaraq qoyulmasına 1845.0
Abalıq işlərinə 610.0
Heydər Əliyevin 100 illiyi ilə tədbirlərə 800.0
DƏDRX-nə sənədləçmə və hərrac üçün köcürülüb 3119.07
Bank poçt xidmətinə xidmətinə 465.11
Onlayın xidmət haqqına 1222.13
Elektirik enerji sərfiyyatı 1024.0
Voleybol,futbol yarışlarında iştiraka görə 400.0
Kənd Bələdiyyələri Milli Assosasiyasına üzvülük haqqı 180.0
Mədəni kütləvi təıdbirlərə 1248.0
Yanacaq alınıb 45.76
Yolların işıqlandırılmasına elektirik xərci 2760.0
Digər xərclər 1541.12
Xərclərin cəmi 44071.03
01-07-2023-cü il tarixə 652.63 manat xərclənməmiş vəsait qalmışdır.
Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Gənc Bələdiyyə üzvülərimiz seçicilərin məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.Bir məsələni də nəzərinizə catdırıram ki,Azərbaycanda bəlkə də ilk bələdiyyələrdəndir ki,2015-ci ildən bələdiyyəmiz sosial şəbəkələrdə aktiv olaraq fəaliyyət göstərir.Bundan başqa bələdiyyənin elektron poçt ünvanı da var ki,daimə fəaliyyət göstərir.Bələdiyyə olaraq biz bələdiyyə xəbərləri (bələdiyyə info) saytı ilə də əlaqəli işləməklə ərazidə olan görülən işləri maliyyə hesabatlarımızı da işıqlandırırıq, həm də lazım olan bələdiyyələrə qanunvericiliyə aid olan digər məlumatları ala bilirik.Bundan başqa bələdiyyə məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz gənc bələdiyyə üzvləri olaraq hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilsin.
Bütün bu qeyd etdiklərimlə yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz qalmaqdadır.Fürsətdən istifadə edərək bütün vergi ödəyicilərimizə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını gecikdirmədən təcili ödəsinlər.Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.
Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər ərazidə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan tullantıları, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına atırlar. Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları,arxları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir və yağışlar yağıb sellər olan zamanı bildiyiniz kimi problemlərlə üzləşirik.Necəki biz bu cətinlikləri bu ilin iyun ayında birlikdə yaşadıq.Kənd sakinlərindən xahişimiz ondan ibarətdir ki,çay yatağına,yol kənarına yox tullantıları müəyyən edilmiş yerə zibil poliqonuna atasınız.Hər birimiz kəndimizin ekoloji təmiz saxlanmasına öz köməkliyimizi göstərməliyik.
Vətəndaşların bələdiyyəyə ötən illərdən icarə,pay torpağından olan kifayət qədər və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Digər bir məsələ isə bələdiyyədən həyətyanı torpaq sahəsi alıb sənədləşmə işlərini başa catdırmayan vətəndaşlarımızadır.2007 ilə qədər bələdiyyə mülkiyyətindən həyətyanı torpaq sahəsi götürüb pulun bir hissəsini ödəyib sənədləşməni başa catdırmayıb.Həmin vətəndaşlara bildiririk ki,hal-hazırda həyətyanı torpaq sahələri bazar qiymətlərinə əsasən (Hərrac müsabiqə ) yolu ilə müəyyən edilir.2007-ci ildən əvvəl həyətyanı sahəni bələdiyyədən alıb sənədləşməni başa catdırmayan vətəndaşlarımız həyətyanı sahəsini sənədləşdirərkən 1 sot torpaq sahəsi üçün 260 manat pulun bələdiyyə büdcəsinə ödənilməsini təmin etməlidir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada sənədləşmə işlərinin həll edilməsinə nail olaq.Şükürlər olsun ki bu işləri də qismən də olsa səhmanla yoluna qoya bilirik.Çox təəssüflər olsun ki,yenə də aparılan marifləndirmə işlərinə baxmayaraq vergilərin ödənilməsindən yayınan vergi ödəyicilərimiz və həyətyanı sahəsinin sənədləşməsinə biganə yanaşan vətəndaşlarımız var.Onlara bir daha xəbərdarlıq edirik ki,vergilərini ödəməkdən və həyətyanı sahəsinin dəyərini ödəməyənlərə qanunvericiliyə müvafiq tədbirlər görmək məcburiyətindəyik.Maliyyə hesabatından da bunu görmək mümkündür. Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bu sistem bizə imkan verdi ki,vergiləri qısa müddət ərzində hesablanmasını həyata keçirək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə və bələdiyyə vergi xidmətinə müraciət etmədən də borclarınızı şəxsiyyət vəsiqənizi “Azərpoçt” MMC-nin poçt şöbəsinə təqdim etməklə bələdiyyəmizin hesabına rahatlıqla ödəyə bilərsiniz.Məlumat üçün Sizə bildirim ki,aktiv vergi ödəyicilərimizin çoxu hec bələdiyyəyə gəlmədən vergi borclarını poçta müarciət etməklə rahatlıqla ödəyirlər və öz razılıqlarını bildirirlər.
Borcu olan vətəndaşlara bildirişlə,məktubla dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belə vətəndaşlar haqqında inzibati tədbirlər görülsün.
Hesab edirik ki, bələdiyyə üzvlərimizin, ziyalıların və bütün kənd əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.
Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda bələdiyyəmiz kəndimizin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.
Bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır.
Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə də Muxax bələdiyyəsi uğurla inkişaf edəcəkdir. Bizim bütün nəzərdə tutduğumuz planlarımız,layihələrimiz həyata keçiriləcəkdir. Secicilərimizə söz verdiyimiz yerinə yetirilməyən vədimiz olmayacaqdır. Bu gün Muxax bələdiyyəsinin reallıqları onu göstərir ki, biz düzgün yoldayıq.
Elvin Yusubov
Zakatala rayonu Muxax bələdiyyəsinin sədri
Rəylər
0 Rəy