Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-01-2025 , 16:25

236

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov:  “Şəhid və qazi ailələrini narahat edən məsələlərin həllinə hər zaman dəstək göstərməyə çalışırıq”


“Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, şəhadətə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etmək artıq Şüvəlan qəsəbəsində ənənə halını alıb. Döyüş meydanında şücaət göstərərək, şəhid olan igidlərimizdən biri də Kamran Füzuli oglu Hacıyevdır”- bu fikriləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədri qeyd edib ki,  ad günündə ailəsi ziyarət olunaraq  şəhidin doğum günü qeyd olunub.   

Bələdiyyənin hüquqşünası Rəqsanə Əliyevanın iştirak etdiyi  görüşdə qəhrəmanın doğulduğu evdə çay süfrəsi ətrafında toplaşan ziyarətçilər onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşüblər.

Sədr bildirib ki, şəhidlər bizim həm nisgil, həm də qürur yerimizdir. Bələdiyə olaraq onların xatirəsi hər zaman əziz tutur,  şəhid və qazi ailələrinin narahat edən məsələlərin həllinə hər zaman dəstək göstərməyə çalışırıq.

Qeyd edək ki,  Kamran Hacıyev 1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Kamran Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Kamran Hacıyev oktyabrın 22-də Hadrut döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə və  "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər