Səbail bələdiyyəsində vətəndaş qəbulu keçirilib
Səbail bələdiyyəsinin inzibati binasında vətəndaş qəbulu keçirilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Məlumatda bildirilir ki, Səbail bələdiyyəsinin sədri Hacı Əliyevin, sədr müavini Səmədağa Aslanovun və bələdiyyə qulluqçularının iştirakı ilə keçirilən qəbulda sakinlər su və kanalizasiya xətlərinin yenilənməsi, həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, mənzillə təminat, maddi yardımla bağlı və digər sosial problemlərlə bağlı müraciətlər ediblər. Gün ərzində keçirlən qəbulda rayonun 18 vətəndaşı iştirak edib.
Səbail bələdiyyəsi tərəfindən vətəndaşların qaldırdıqları məsələlərin bələdiyyə ilə bağlı olanlarına yerindəcə baxılaraq müvafiq tapşırıqlar verilmiş, bələdiyyədən asılı olmayanlara isə bələdiyyənin müraciətləri ilə birgə nəzarətə götürülərək müvafiq qurumlara yönləndirilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy