Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2024 , 20:43

132

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlihüseyn Ağayev: “Çalışacağıq ki, ilin sonunadək əldə etdiyimiz maliyyə vəsaitinin həcmini artıraq

 

“Bu gün ciddi şəkildə seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Nardaran bələdiyyəsinin sədri Əlihüseyn Ağayev bildirib.

Sədrin sözlərinə görə, sakinlərin qaldırdığı məsələlərin həlli üçün bütün hallarda bələdiyyənin maliyyə imkanları olmalıdır. Odur ki, bu gün əsas diqqəti həm də vergi yığımına yönəltmişik. Məhz bu fəaliyyətin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisə 1.9 dəfə artırmağa çalışmışıq.

Belə ki, əgər 2023-cu il oktyabr ayı üzrə yığım 7.135 manat olduğu halda, cari ilin oktyabr ayında isə 13.773  manat olub.

BAMS proqramının Əmlak Məsələri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi ciddi artımlar hiss edilməkdədir.

Çalışacağıq ki, ilin sonunadək əldə etdiyimiz maliyyə vəsaitinin həcmini artıraq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər