Əziz Zeynalov: “Cari ildə büdcə gəlirlərində 25 faizədək artım olacağı gözlənilir”
“On səkkiz noyabr tarixindək bələdiyyənin büdcə gəlirlərinin həcmi artaraq 1.364.246 manata çatıb”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.
Sədr bildirib ki, əldə edilən vəsaitin 198 min manatı oktyabr ayında əldə edilib.
Sədr daha sonra bildirib ki, Nəsimi bələdiyyəsi bununla da ötənildəki əldə etdiyi büdcə gəlirlərinə çatıb. Bu cür templə getsək yəqin ki, dörd yüz min manatdan artıq maliyyə vəsaiti əldə edə biləcəyik. Artıq cari ildə əmlak və torpaq vergisindən, mehmanxana rüsumlarının həcmində artım hiss edilir.
Sədr qeyd edib ki, bu istiqamətdə apardığımız təhlillərdən belə qənaətə gələ bilərik ki, cari ildə büdcə gəlirlərində 25 faizədək artım olacağı gözlənilir.
Əlavə edək ki, 2023-cü il ərzində bələdiyyə büdcəsinə 1.384.740 manat gəlir daxil olub ki, ondan torpaq vergisindən 3.239 manat, əmlak vergisindən - 1.000.758 manat, küçə-divar reklamının yerləşdirilməsinə görə 958 manat, mehmanxana rüsumlarından 258.723 manat, avtodayanacaqlardan 57.890 manat, digər gəlirlərdən 3169 manat daxil olub.
Beledyye.info
Rəylər
0 Rəy