Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2024 , 00:30

406

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Uğurumuzun kökündə bələdiyyənin vergi xidmətinin həm də işə məsuliyyətlə yanaşması dayanır”

 “Büdcə gəlirlərinin həcmini 2019-cu illə müqayisədə 2023-cü ildə  2.4 dəfə artıra bilmişik”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədr bildirib ki, bu uğurumuzun kökündə bələdiyyənin vergi xidmətinin işə məsuliyyətlə yanaşması, habelə seçicilərlə iş dayanır.

Büdcə rəqəmlərinə toxunan sədr qeyd eidb ki, 2019-cu ildə cəmi 47.500 manat əldə etmək mümkün olmuşdusa, bu rəqəm  2023-cü ildə 114.500 manata bərabər olub.

Sədr qeyd edib ki,  prosesdən kənarda qalmayan Şüvəlan bələdiyyəsi cari ilin üçüncü rübü ərzində büdcə daxilolmalarını 2.2 dəfəyədək artıra bilib.

Təhlillər göstərir ki, 2019-cu illə müqayisədə əmlak vergisinin həmi 2.2 dəfə, torpaq vergisinin həcmi isə 3.2 dəfə artıb. 2023-cü ildə 85.343 manat əmlak vergisi, 30 min manata yaxın torpaq vergisi toplanılıb.  Bələdiyyə olaraq bu nailiyyətə artıq cari ilin doqquz ayı ərzində bu rəqəmlərə çatmışıq. Güman etmək olar ki, büdcə gəlirinin həcmini bu il 30 faizədək artırmağa nail ola biləcəyik.

Telman Süleymanov daha sonra bildirib ki, Şüvəlan bələdiyyəsində vətəndaşların qarşılaşdığı problemlərin həlli daim bələdiyyənin  diqqət mərkəzində saxlanılır.

Ötən il bələdiyyəyə daxil olan 78 müraciətdən 69-u icra olunub, 9-u icra olunması üçün müvafiq qurumlara ünvanlanıb. Müraciət edən vətəndaşlarda qəbul edilərək qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Şəffaflığın təmin edilməsi üçün vergi yığımlarında birbaşa hər vətəndaşa BAMS- tərəfindən şəxsi ödəyici kodu yaradılır, rahat və geniş ödəmə imkanı təqdim olunur . İstənilən bank və poçt filiallarında və yaxud ödəniş terminallara hər vətəndaş yaxınlaşıb şəxsi ödəyici kodunu qeyd etməklə  rahatlıqla ödəniş edə bilər.

Məhz büdcə gəlirlərinin artımının hesabına  Xəzər RİH-in təşəbbüsü ilə qəsəbə ərazisində görülən işlərin həcmini də artırmışıq.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər