Bələdiyyə sədri: “Qəsəbədə şəhid ailələrinə Badamdar bələdiyyəsi tərəfindən hərtərəfli qayğı göstərilir”
“Azərbaycan dövləti şəhid
ailələrinə və qazilərə daim yüksək diqqət və
qayğı göstərir. Ölkə başçısı bütün qurumlar qarşısında həssas təbəqəyə aid olan
insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Bu
istiqamətdə biz bələdiyyə üzvləri də kənarda qalmırıq”- bu fikirləri Səbail rayonu
Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov bələdiyyənin sədr müavinlərinin
və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar
Tofiqlinin iştirakıyla keçirilən görüşdə deyib.
“Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri
belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak
olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə
dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq,
eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz
üçün müqəddəsdir””.
Sədr daha sonra qeyd edib ki, qəsəbədə şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına Badamdar bələdiyyəsi tərəfindən
hərtərəfli qayğı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq
qanuni tələbləri dərhal yerinə yetirilir, həyat şəraitlərinin daha da
yaxşılaşdırılması istiqamətində konkret layihələr icra olunur.
Sədr bildirb ki, ötən dörd il ərzində
şəhidlərin məzarüstü abidlərinin qoyulması, barelyeflərinin qoyulması,
barelyeflərin ətrafının abadlaşlaşdırlıması, həmçinin şəhidlərin məzarüstü abidələrinin
ətrafının abadlaşdırılması həyata keçirilmişdir.
Bələdiyyə iclasının qərarıyla 2024-ci
il üzrə şəhid Qurbanov Murad Asif oğlunun barelyefinin qoyulmasına 5.600 manat,
Alıyev Kamal Bayram oğlu
barelyefinin qoyulmasına 3.188
manat xərc çəkilmişdir. Bununla yanaşı şəhid
anası Əhədova Yasəmən Əbil qızına və şəhid atası Əhədov Qələmşah Əli oğluna 1000 manat həcmində, 11 nəfər qaziyə isə 2700
manat həcmində maddi yardım göstərilmişdir.
Həyata keçirilən sosial layihələrdə aztəminatlı ailələr
də unudulmamışdır. Belə ki, cari il ərzində
aztəminatlı ailələrə bələdiyyə iclasının qərarıyla 36.925 manat həcmində maddi yardım göstərilmişdir.
Əvvəl ki illərdə də Badamdar bələdiyyəsi əldə
etdiyi büdcə gəlirlərinin demək olar ki, 40 faizədək hissəsini məhz bu istiqamətə
ayırmışdır. Bundan sonra bu şəkildə
maddi və mənəvi dəstək göstərməyə çalışacağıq.
Görüşdə iştrak edən sədr müavinləri Xədicə Həsənova və Rauf Mayılov, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli mövzu ilə əlaqəli öz təklif və tövsiyələrini bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy