Rasim Əhmədov: “25 şəhid və qazi ailələrinin övladlarına yeni məktəbli formaları və ləvazimatları təqdim olunub”
“Qaradağ
RİH-in təşəbbüsü və Lökbatan bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə yaşayan
şəhid və qazi ailələrinin uşaqlarına məktəbli formaları və ləvazimatları təqdim
olunub”- bu barədə Belediyye.infoya
məlumatı adıçəkilən bələdiyyənin sədri Rasim Əhmədov deyib.
Sədr bildirib
ki, şəhid və qazi ailələrinin uşaqları dövlət tərəfindən daim diqqət və qayğı
ilə əhatə olunub: “Ulu Öndər Heydər Əliyevin Respublikamızın ən çətin
günlərində də “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın
gəncləridir” deyirdi. Ulu öndər çıxışlarının birində “Azərbaycan Prezidenti
kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm”
sözlərini demişdi.”
Ulu Öndərin
ölməz ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyev hər bir vətəndaşın
zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə dəstək
verdiyini vurğulayan Rasim Əhmədov
bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə 25 şəhid və qazi ailələrinin orta ümumtəhsil
məktəblərində təhsil alacaq üzvlərinə yeni məktəbli formaları və ləvazimatları
təqdim olunduğunu qeyd edib.
Ölkəmizin
ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid və
qazilərin övladları onlara təqdim olunan hədiyyələri və məktəb ləvazimatlarını
maraqla qarşılayıblar.
Şəhid və qazi ailələri onlara hər zaman göstərilən yüksək diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy