Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2024 , 23:27

1482

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Məscidi təmir etdirən sədr vergi ödəyicilərinə müraciət edib: “Vergiləri vaxtında ödəyin ki, həm sizin, həm  də bələdiyyənin problemləri öz həllini tapsın”

“Binəqədi rayonu Biləcəri bələdiyyəsi qəsəbə sakinlərinin müraciətini nəzərə alaraq qəsəbədə olan qədim məsciddə cari təmir işləri aparılmasını təşkil edib” - bu fikirləri adıçəkilən bələdiyyənin sədri Etibar Cabbarov bildirib.

Sədrin sözlərinə görə, qəsəbə əhalisinin dəfələrlə etdiyi müraciə əsasən qəsəbənin imkanlı sakinlərinin, sahibkarların dəstəyi, bələdiyyənin daxili imkanları hesabına məsciddə cari təmir işləri aparılmış və ziyarətçilərin istifadəsinə verilmişdir.

Qeyd edək ki, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi 11 ünvanında yerləşən Biləcəri qəsəbə məscidi 1659-cu ildə kənd sakini Əmir Muradxan Ağabəy oğlu tərəfindən inşa edilmişdir. Məscidin sahəsi 160  m2  təşkil edir.

Sədr əlavə olaraq bildirib ki, bələdiyyənin uzun illərdən bəri borca görə bank hesabı bağlı olduğundan sakinlərin müraciətlərinə dərhal reaksiya vermək mümkün olmur.

Sədrin sözlərinə görə, uzun illər əvvəl bələdiyyə rəsmilərinin məsuliyyətsizliyi ucbatından Biləcəri bələdiyyəsinin müxtəlif qurumlara üst-üstə 1.180 min manat məbləgində borcu var idi.

Bələdiyyə kollektivinin ciddi cəhdləri sayəsində bu borcun həcmini artıq 700 min manatdək azaltmaq mümkün olub.

Sədr sonda vergi ödəyicilərinə müraciət etməyi də unutmayıb: vergiləri vaxtında ödəyin ki, həm sizin, həm  də bələdiyyənin problemləri öz həllini tapsın

  Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər