Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-10-2026 , 00:01

127

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa bələdiyyəsi tərəfindən şəhidin adını daşıyan daha bir küçədə abadlıq işləri aparılıb


 Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələrinə diqqət və qayğı göstərilməsi Maştağa Bələdiyyəsinin fəaliyyətində xüsusi yer tutur.

Maştağa Bələdiyyəsinin 15 oktyabr 2026-cı il tarixli, 21 saylı iclas protokolunun icrası çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidi Əliyev Bəhruz Elman oğlunun anasının müraciəti əsasında şəhidimizin ailə üzvlərinin yaşadığı küçədə genişmiqyaslı abadlıq və yol təmiri işləri həyata keçirilib.

Bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr daha sonra qeyd edib ki, görülən işlər çərçivəsində ərazidə torpaq-hamarlama işləri aparılıb, yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi və sakinlərin rahatlığının təmin olunması məqsədilə yeni asfalt örtüyü salınıb. Nəticədə küçədə abadlıq işləri tam yekunlaşdırılıb.

Maştağa bələdiyyəsi qəsəbənin yol infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması və sakinlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Şəhidlərimizin bizə əmanət qoyduğu ailələrin müraciətlərinə həssaslıqla yanaşmaq və ehtiyaclarını imkanlar daxilində qarşılamaq hər birimizin mənəvi borcudur.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər