Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2026 , 23:51

92

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Abadlıq həm tarixə, milli-mənəvi dəyərlərə, dini abidələrə, qəbiristanlıqlara və burada uyuyan insanların xatirəsinə hörmət deməkdir”

“Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən xristian qəbiristanlığında genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Bəylər Həsənov deyib.

Sədr qeyd edib ki, aparılan işlər çərçivəsində qəbiristanlığın ərazisində ümumi təmizlik işləri görülmüş, ətraf ərazidə səliqə-sahman yaradılmış, mövcud tullantılar ərazidən kənarlaşdırılmış və qəbiristanlığın daha baxımlı vəziyyətə gətirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Binəqədi qəsəbə Bələdiyyəsi olaraq sədr hesab edir ki, “yaşadığımız ərazidə mövcud olan bütün dini və milli icmalara hörmətlə yanaşmaq, onların mədəni və dini irsinə ehtiram göstərmək cəmiyyətimiz üçün mühüm dəyərlərdən biridir. Xristian qəbiristanlığında aparılan abadlıq və təmizlik işləri də məhz bu yanaşmanın, qarşılıqlı hörmətin, tolerantlığın və multikultural dəyərlərə sadiqliyin bariz nümunəsidir.

Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı ölkə kimi tanınıb. Bu ənənənin qorunması və gündəlik həyatımızda davam etdirilməsi hər birimizin üzərinə düşən mühüm vəzifələrdəndir. Binəqədi qəsəbəsində yaşayan müxtəlif icmaların nümayəndələrinin rahat və təhlükəsiz şəraitdə yaşaması, onların dini və mədəni irsinə hörmətlə yanaşılması bələdiyyənin fəaliyyətində əsas prinsiplərdən biridir.

Bizim üçün abadlıq yalnız küçələrin, parkların və ictimai ərazilərin təmiz saxlanılması ilə məhdudlaşmır. Abadlıq həm də tarixə, milli-mənəvi dəyərlərə, dini abidələrə, qəbiristanlıqlara və burada uyuyan insanların xatirəsinə hörmət deməkdir. Bu baxımdan, xristian qəbiristanlığında görülən işlər həm ərazinin sanitar və estetik vəziyyətinin yaxşılaşdırılmasına, həm də tarixi-mədəni irsimizə göstərilən ehtiramın ifadəsinə xidmət edir”

Sədr qeyd edib ki, bələdiyyə olaraq bundan sonra da qəsəbə ərazisində abadlıq, təmizlik və yaşıllaşdırma işlərinin mərhələli şəkildə davam etdirilməsini nəzərdə tuturuq. Mövcud imkanlar çərçivəsində sosial əhəmiyyət daşıyan ərazilərin, ictimai məkanların və qəbiristanlıqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdiriləcəkdir.

Əsas məqsədimiz Binəqədi qəsəbəsində yaşayan bütün sakinlər üçün daha təmiz, səliqəli, abad və rahat yaşayış mühitinin formalaşdırılmasıdır. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən hər bir iş həm sakinlərin rifahına, həm də qəsəbəmizdə qarşılıqlı hörmət və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Binəqədi qəsəbə Bələdiyyəsi olaraq bildiririk ki, qəsəbənin abadlaşdırılması, təmizliyinin qorunması və sakinlərin müraciətlərinə həssas yanaşılması bundan sonra da fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaqdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər