Ağaəli Məsimov: “Görülən abadlıq işləri qəsəbədə yol şəraitinin və nəqliyyatın hərəkətinin daha da yaxşılaşdırılmasına xidmət edir”
“Qəsəbə bələdiyyəsi tərəfindən ərazidə məhəllədaxili yolların abadlaşdırılması və yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bu günlərdə asfaltlama işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.
Sədr qeyd edib ki, aparılan işlər çərçivəsində qəsəbə ərazisində
yararsız vəziyyətdə olan və asfalt örtüyünə ehtiyac duyulan məhəllədaxili
yolların müəyyən hissəsi asfaltlanmış, sakinlərin rahat və təhlükəsiz hərəkətinin
təmin olunması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Sakinlərin müraciəti əsasında qəsəbənin Əhməd Cəmil küçəsində
300 kv.m-lik, Əliyar Əliyev kücəsində 372 kv.m-lik, İsrafil Məmmədov küçəsində isə 126 kv.m-lik əraziyə
asfalt vurulmuşdur.
Sədr bildirib ki, görülən abadlıq işləri ərazinin yol şəraitinin
və nəqliyyatın hərəkətinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Qəsəbədə RİH tərəfindən görülən işlərə əlavə olaraq Kürdəxanı bələdiyyəsi
tərəfindən də ərazidə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, mövcud
problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində ilin sonunadək
müxtəlif səpgili layihələrin icrası nəzərdə tutulub.
Belediyye.info
Rəylər
0 Rəy